Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 65 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 65 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 65 yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 822 min 751 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 407 nəfər müalicə olunaraq sağalıb, 9 min 935 nəfər vəfat edib. Aktiv xəstə sayı 409 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 959, indiyə qədər isə ümumilikdə 7 milyon 296 min 340 test icra olunub.

AZƏRTAC