Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 6620 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 6620 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 6620 yoluxma faktı qeydə alınıb, 3385 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 670 min 313 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 630 min 727 nəfər müalicə olunaraq sağalıb, 8 min 779 nəfər vəfat edib. Aktiv xəstə sayı 30 min 807 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 min 797, bu günə qədər isə ümumilikdə 6 milyon 191 min 130 test icra olunub.

AZƏRTAC