Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 7632 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 7632 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 7632 yoluxma faktı qeydə alınıb, 5797 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 725 min 777 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 665 min 909 nəfər müalicə olunaraq sağalıb, 8 min 972 nəfər vəfat edib. Aktiv xəstə sayı 50 min 896 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 min 491, bu günə qədər isə ümumilikdə 6 milyon 335 min 593 test icra olunub.

 AZƏRTAC