Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 84 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 84 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 84 yoluxma faktı qeydə alınıb, 82 nəfər müalicə olunaraq sağalıb.

 Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 826 min 249 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 723 nəfər müalicə olunaraq sağalıb, 10 min 8 nəfər vəfat edib. Aktiv xəstə sayı 518 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 909, indiyə qədər isə ümumilikdə 7 milyon 427 min 596 test icra olunub.                    

 

Dekabrın 29-da Azərbaycanda COVID-19 əleyhinə 427 doza vaksin vurulub

Dekabrın 29-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 427 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 211, ikinci doza vaksinlərin sayı 55, üç və daha çox doza vaksinlərin sayı 140, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 21-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 931 min 112, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 395 min 874, ikinci mərhələ üzrə 4 milyon 875 min 557, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 395 min 85, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 min 596-dır.