Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 984 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 984 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 984 yoluxma faktı qeydə alınıb, 1748 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 608 min 60 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 582 min 243 nəfər müalicə olunaraq sağalıb, 8 min 149 nəfər vəfat edib. Aktiv xəstə sayı 17 min 668 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 440, bu günə qədər isə ümumilikdə 5 milyon 718 min 629 test icra olunub.

AZƏRTAC