Son sutkada Azərbaycanda koronavirus infeksiyasına 1072 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda koronavirus infeksiyasına 1072 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1072 yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 561 min 925 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 523 min 660 nəfər müalicə olunaraq sağalıb, 7 min 471 nəfər vəfat edib. Aktiv xəstə sayı 30 min 794 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 803, bu günə qədər isə ümumilikdə 5 milyon 367 min 119 test icra olunub.

AZƏRTAC