Son sutkada Azərbaycanda koronavirus infeksiyasına 1277 nəfər yoluxub
Səhiyyə

Son sutkada Azərbaycanda koronavirus infeksiyasına 1277 nəfər yoluxub

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1277 yoluxma faktı qeydə alınıb, 853 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 494 min 67 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 474 min 514 nəfər müalicə olunaraq sağalıb, 6 min 692 nəfər vəfat edib. Aktiv xəstə sayı 12 min 861 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 569, bu günə qədər isə ümumilikdə 4 milyon 969 min 881 test icra olunub.

AZƏRTAC