Son sutkada koronavirus infeksiyasına 1200 yeni yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada koronavirus infeksiyasına 1200 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1200 yoluxma faktı qeydə alınıb, 1174 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 532 min 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 495 min 353 nəfər müalicə olunaraq sağalıb. Aktiv xəstə sayı 30 min 116 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7161, ötən müddət ərzində isə ümumilikdə 5 milyon 202 min 697 test aparılıb. 7101 nəfər vəfat edib.

AZƏRTAC