Son sutkada koronavirus infeksiyasına 2102 yeni yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada koronavirus infeksiyasına 2102 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2102 yoluxma faktı qeydə alınıb, 863 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 505 min 554 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 479 min 675 nəfər müalicə olunaraq sağalıb, 6 min 793 nəfər vəfat edib. Aktiv xəstə sayı 19 min 86 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 189, bu günə qədər isə ümumilikdə 5 milyon 44 min 744 test icra olunub.

AZƏRTAC