Son sutkada koronavirus infeksiyasından sağalanların sayı yoluxanları üstələyib
Səhiyyə

Son sutkada koronavirus infeksiyasından sağalanların sayı yoluxanları üstələyib

Azərbaycanda yeni növ koronavirus (COVİD-19) infeksiyasına son sutkada 2406 yoluxma faktı qeydə alınıb, 2867 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 37 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 445 min 278 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 386 min 549 nəfər müalicə olunaraq sağalıb, 5 min 879 nəfər vəfat edib. Aktiv xəstə sayı 52 min 850 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 550, bu günə qədər isə ümumilikdə 4 milyon 563 min 70 test icra olunub.

AZƏRTAC