Sosial sığorta haqları üzrə artım qeydə alınıb
Sosial həyat

Sosial sığorta haqları üzrə artım qeydə alınıb

Dövlət Sosial  Müdafiə Fondundan bildirilir ki, 2023-cü ilin 4 ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarında proqnoza nisbətdə 116,3 mln. manat və ya 7,7% artım qeydə alınıb. Büdcə təşkilatları üzrə daxilolmalarda ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,3 mln. manat və ya 8,8%, qeyri-büdcə təşkilatları üzrə isə 129,4 mln. manat və ya 14,2% artım müşahidə olunub.

“Respublika”.