Sosial tərəfdaşlar həssas qruplara öz dəstəyini verir
Sosial həyat

Sosial tərəfdaşlar həssas qruplara öz dəstəyini verir

Ölkəmizdə həssas əhali qrupları ilə bağlı sosial dəstək işlərində özəl sektor da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sosial tərəfdaşlıq müstəvisində sosial məsuliyyət, həmrəylik prinsipindən öz töhfələrini verir. Bu barədə ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, sahibkarların bu istiqamətdə fəaliyyəti imtiyazlı şəxslərin mənzillə təminatı sahəsində olduğu kimi, sosial cəhətdən həssas təbəqələrdən olan şəxslərin avtomobillə, mühərrikli araba ilə təminatında da özünü göstərir.

Son illərdə “Azərmaş” ASC və “Paşa Holdinq” tərəfindən əlilliyi olan şəxslərə avtomobillər təqdim edilib. Həmçinin “Paşa Holdinq” II Dünya müharibəsində qazanılan Qələbənin 76-cı ildönümü münasibətilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil hədiyyə edib.

Bununla bərabər, “Paşa Holdinq” tərəfindən əlilliyi olan şəxslərə dəstək tədbirlərinin davamı kimi, 10 ədəd mühərrikli təkərli oturacaq alınaraq bu kateqoriyadan olan şəxslərə təqdim olunub. Bunlar özəl sektorun sosial məsuliyyət çərçivəsində həssas qruplara dəstəyinin uğurlu nümunələridir.

“Respublika”.