Sudan səmərəli istifadə olunması bugünün tələbidir
Sosial həyat

Sudan səmərəli istifadə olunması bugünün tələbidir

Azərbaycan Dövlət Su Ehtiyatları  Agentliyi "Azərsu" ASC- içməli sudan səmərəli qənaətlə istifadənin təmin olunması, sudan qanunsuz istifadə hallarının aradan qaldırılması, bu sahədə qanunvericiliyin tələbləri maarifləndirmə tədbirlərinə həsr olunmuş brifinq keçirilib.

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib ki, qlobal iqlim dəyişiklikləri quraqlıq son illər dünyada su ehtiyatlarının azalması tendensiyası Azərbaycanda da müşahidə olunur. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı" təsdiq edilibTədbirlər Planına uyğun olaraq su itkilərinin israfçılığın qarşısının alınmasında  mühüm tədbirlər həyata keçirilir

Su təsərrüfatı meliorasiya sahələrində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından səmərəli istifadə etmək, torpaqların meliorasiyası irriqasiyası işlərinin təşkilini yaxşılaşdırmaq məqsədilə yaradılmış  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən su itkilərinin, israfçılığın aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçirilir. ADSEA sədrinin əmrinə əsasən, Bakı şəhərinin rayonları, Sumqayıt şəhəri, Abşeron rayonu Bağlar massivi üzrə işçi qrupları yaradılıb yerli icra hakimiyyəti orqanları ilə birgə aparılır. İçməli su təchizatı sisteminə qanunsuz nəzarətdənkənar  qoşulmaların  aradan qaldırılması məqsədilə  Fəaliyyət  Planı təsdiq edilib may ayının 1-dən işlərə başlanılıb. İlk növbədə sənaye müəssisələri, ictimai-iaşə obyektləri, yaşıllıqlar, parklar, avtoyuyucu məntəqələr, bir sözlə, iri su istehlakçılarının su sərfi təhlil olunur.

Elektron idarəetmə müştəri xidmətləri departamentinin rəis müavini Cabbar Cabbarlı qeyri-qanuni qoşulmalar barədə məlumat verərək bildirib kibəzi vətəndaşlar obyekt sahibləri texniki şərt almadan özbaşına su xətti çəkirlər, bəzi hallarda isə abonent sayğacından əlavə qeyri-qanuni xətt çəkərək sudan istifadə edir. Belə hallara daha çox Bakıətrafı qəsəbələrdə, xüsusilə Binəqədi, Abşeron, Sabunçu, Suraxanı Xəzər  rayonlarında rast gəlinir.

Cari ilin may ayından başlayaraq sudan qanunsuz istifadə hallarına qarşı tədbirlər gücləndirilib. May ayının ötən dövrü ərzində 1500-ə yaxın iri su istehlakçısında yoxlanma aparılıb   onların 23 faizində nöqsanlar aşkarlanaraq 180 min kubmetrə yaxın sərfiyyat bərpa edilib. Eyni zamanda 1865 əhali abonentinə sudan qanunsuz istifadə etdiyi üçün 431 min dəymiş ziyan hesablanıb artıq həmin məbləğin 140 min manatı ödənilib.

"Azərsu" ASC-nin Hüquq departamentinin rəis müavini Nofəl Bağırzadə su təchizatı sahəsində qanunvericiliyin tələbləri onun pozulması halları barədə  məlumat verib. Bildirib ki, su təchizatı kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı kanalizasiya sisteminə qoşulmaq qanunsuz hesab edilirBelə hallar  aşkar edildikdə, su təchizatı müəssisəsi qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir.

Suyun israfçılıqla istifadə edilməsi qanunsuz qoşulmaqla suyun talanması ilə bağlı İnzibati Xətalar Cinayət Məcəlləsi ilə məsuliyyət nəzərdə tutulub. Sudan istifadə qaydalarına əsasən, su təchizatı sisteminə qanunsuz qoşulma halları aşkar edildikdə, qanunsuz xəttin dərhal su təchizatı dayandırılmalı dəymiş zərərin ödənilməsi tələb edilməlidir. Sudan qanunsuz israfçılıqla istifadə edənlər bəzi hallarda bu tədbirlərin görülməsinə maneə yaratmağa cəhd edirlər. Bu kimi hallara yol verən şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsində müəyyən cərimələr nəzərdə tutulub. Eyni zamanda sudan qanunsuz istifadə ilə bağlı Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulubMəcəlləyə əsasən talanmış suyun dəyərindən asılı olaraq bu hallara yol vermiş şəxslər inzibati qaydada  cərimə olunmaqla yanaşı, islah işləri, azadlığın məhdudlaşdırılması, hətta xüsusi ilə külli miqdarda ziyan vurduqda azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Xidmət haqqını ödəməməklə sudan qanunsuz istifadə etməklə bir sıra şəxslər bununla davamlı su təchizatının təmin edilməsinə maneə yaradır.

Sonra media nümayəndələrinin sualları cavablandırılıb.

Mustafa KAMAL,

"Respublika".