Sülhə doğru fəal addımlar
Siyasət

Sülhə doğru fəal addımlar

Üçtərəfli görüşlərin intensivləşdirilməsinə vasitəçilər tərəfindən səy göstərilir

Son zamanlar Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində vasitəçi tərəflərin fəallığı artıb. Bu mənada, may ayı həmin istiqamətdə intensiv görüşlərin keçirilməsi ilə yadda qaldı. Mayın əvvəlində iki ölkənin XİN rəhbərləri Vaşinqtonda görüşdülər. Ardınca Azərbaycan Ermənistan liderlərinin Brüssel görüşü oldu. Növbəti görüş isə Moskvada baş tutdu.

Siyasi şərhçilər tərəfindən əvvəlcədən proqnozlaşdırıldığı  kimi, Moskva görüşündə xüsusi əhəmiyyətli nəticə əldə olunmadı. Mayın 25- Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü cəmi 20 dəqiqə çəkdi sülh prosesilə bağlı irəliləyiş qeydə alınmadı. Bu da gözlənilən idi. Çünki Moskva bu görüşə Vaşinqton Brüsselə regionda söz sahibinin məhz özünün olduğunu göstərmək prizmasından yanaşırdıGörüşdə xüsusilə kommunikasiya vasitələrinin açılması mövzusunda irəliləyiş əldə olunduğu bildirilir. Mətbuata çıxışında Rusiya Prezidenti Vladimir Putin nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlı deyib ki, "vəziyyət nizamlanmaya doğru irəliləyir". O, bununla bağlı hələ həll olunmamış problemlərin qaldığını bildirib, lakin əlavə edib ki, bunlar "sırf texniki xarakter daşıyır" "aşılması mümkün maneələrdir".

Bir sıra ekspert jurnalist şərhlərində qeyd olunur ki, qonaqların heç bir qərar vermədən Rusiyanın paytaxtını tərk etdiklərini söyləmək düzgün olmazdı. Yaxın vaxtlarda Moskvada keçiriləcək yeni görüşün gündəliyində nəqliyyat kommunikasiyalarının açılması nəzərdə tutulur. Əvvəlcə, baş nazir müavinləri səviyyəsində, daha sonra isə  üç ölkə liderlərinin Zirvə görüşü mümkündür. Moskva görüşü Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu göstərdi. Bu, Azərbaycanın tədbirə qatılmasını şərtləndirən əsas səbəblərdən biridir. Bu görüş sübut etdi ki, Azərbaycanla Rusiya arasında ciddi müttəfiqlik münasibətləri mövcuddur bu münasibətlər qarşılıqlı hörmətə, hüquq bərabərliyinə əsaslanır. Habelə, həm Prezident İlham Əliyevin, həm Rusiya Prezidentinin verdiyi açıqlamalar göstərdi ki, Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Ermənistanın Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaq cəhdləri əbəsdir bu cəhdlər heç vaxt nəticə verməyəcək. Bu görüşdə Münxen Brüsseldə əldə edilən razılaşmalar bir daha təsdiqləndi. Tərəflər bir daha sülh müqaviləsinin imzalanmasında qərarlı olduqlarını nümayiş etdirdilər. Keçirilən görüşün  nəticələri belə deməyə əsas verir kisülh prosesi hər üç tərəfin təsdiqlədiyi üçtərəfli formatda uğurla davam edir.

Diqqətçəkən məqamlardan birini  xüsusi qeyd etmək lazımdır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Moskvada keçirilən xüsusi qonaq qismində qatıldığı Ali Avrasiya İqtisadi Şurasının geniştərkibli iclasında Ermənistanın baş naziri Nikol Paşinyana diplomatiya dərsi verdi. Paşinyan Rusiya Prezidenti Vladimir Putinin sözünü yarımçıq kəsərək Azərbaycanı Zəngəzur dəhlizi layihəsini həyata keçirməklə üçtərəfli razılaşmaları pozmaqda, hətta Ermənistana qarşı ərazi iddialarında ittiham etdi. Prezident İlham Əliyev isə Ermənistanın hökumət başçısına tutarlı cavab verməklə, onu yerinə oturtdu. "Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur mənim sözlərimdə bu iddiaları görmək üçün çılğın fantaziya sahibi olmaq lazımdır. Dəhliz məsələsinə gəlincə, mən bu ifadədən Şimal-Cənub Şərq-Qərb dəhlizlərindən danışarkən istifadə edirəm. Dəhliz ifadəsi kiminsə ərazisinə iddia etmək anlamına gəlmir. Dəhliz ifadəsi beynəlxalq termindir. Beynəlxalq terminologiya ilə tanış olan şəxslər bu sözün mənasını Ermənistanın baş naziri Nikol Paşinyanın anladığı kimi qəbul etmirlər", - deyə dövlət başçısı bildirib. Bununla da Ermənistanın baş nazirinin növbəti dəfə rəzil duruma düşdüyü medianın diqqətindən yayınmayıb.

Liderlərin digər yüksəksəviyyəli rəsmilərin Brüsseldə, Moskvada, Soçidə digər məkanlarda görüşlərinin təşkil edilməsinə, müzakirələrin intensivləşdirilməsinə vasitəçilər tərəfindən hər zaman böyük səy göstərilib. Azərbaycan sülhyaratma prosesində böyük fəallıq konstruktivlik ortaya qoyaraq  vasitəçilərin səyləri ilə baş tutan görüşlərə məmnuniyyətlə qatılıb. Lakin ilin sonlarına yaxın, daha dəqiq desək, Praqa Soçi görüşlərindən sonra Ermənistanın manipulyasiyalarının nəticəsi olaraq sülh prosesində arzuolunmaz istiqamətə dönüş yarandı. Müşahidə edilən odur ki, məğlub ölkəni sülh prosesindən yayınmağa hesablanan manipulyasiyalara, başqa sözlə desək, şərtlər dili ilə danışmağa məhz havadarları təhrik etdilər.

Brüssel Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsində rolunu tədricən artırdı. Analitiklər bunu müxtəlif amillərlə əsaslandırırlar. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması burada əsas amillərdən biri kimi dəyərləndirilir. İndiyədək Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Ermənistan liderlərinin Brüsseldə bir neçə görüşü baş tutub.   Azərbaycan Ermənistan liderlərinin Avropa İttifaqı Şurasının prezidentinin vasitəçiliyi ilə baş tutan budəfəki görüşü Azərbaycan tərəfinin diplomatik uğuru kimi xarakterizə edilir. Belə ki, ilk dəfə rəqəmlərlə ifadə olunan, Azərbaycanın 86,6 min kv.km, Ermənistanın 29,8 min kv.km ərazisinin qarşılıqlı şəkildə tanındığı vurğulanıb. Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında sayca 5-ci görüşün yekunları ilə bağlı Şarl Mişelin bəyanatına əsaslanaraq demək olar ki, danışıqlar Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi şərtlər daxilində keçirilmiş bunu  diplomatiyamızın növbəti qələbəsi hesab etmək olar. Çünki bir neçə format çərçivəsində fərqli görüşlərdə, Ermənistanın Baş naziri Nikol Paşinyanın ayrı-ayrı çıxışlarında Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı fikirləri eşitsək hansı ölçülər, çərçivələr daxilində ərazilərin tanınması ilə bağlı konkret fikir söyləməmişdi. Azərbaycanın ərazi bütövlüyünü tanıması haqda bəyanat artıq Ermənistan üçün geriyə heç bir addım atmağa imkan vermir.  

Nikol Paşinyan bu fikirləri ilə əslində Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, yəni "Qarabağ Azərbaycandır!" fikrini qəbul etmiş oldu. İkincisi, bu görüşün mühüm üstün cəhətlərindən biri ötən il dekabrın 7- məhz Fransanın təhriki Ermənistanın təxribatlarının nəticəsi olaraq perspektivləri sual altına düşən Brüssel formatının bərpası idi. Bu baxımdan, Brüssel görüşü Azərbaycanın növbəti haqlı tələbinin yerinə yetirilməsi ilə yekunlaşdı. Fransa heç bir halda Brüssel formatında tərəfə çevrilə bilmədi.

Prezident İlham Əliyev baş nazir Nikol Paşinyan 1991-ci il Alma-Ata bəyannaməsinə sadiq olduqlarını bildirirlər. Sərhədlərin delimitasiya demarkasiyası prosesinə başlanılması razılaşdırılır. İtkin düşmüş şəxslərin taleyinin həlli minatəmizləmə işlərinin gücləndirilməsinin zəruriliyi müzakirə olunur. Səhvən sərhədi keçərkən girov götürülmüş hərbçilərin azad olunması davam etdirilməlidir. Kommunikasiyaların açılması, nəqliyyat iqtisadi əlaqələrin bərpası ilə bağlı tərəflərin mövqelərində ciddi irəliləyiş hiss olunur. Naxçıvana Naxçıvandan keçən dəmir yolu tikintisinin birlikdə aparılması üçün razılaşmanı yekunlaşdırmaq qərara alınır. Məsələnin həlli üçün Ümumdünya Gömrük Təşkilatının dəstəyindən istifadə etmək barədə razılıq əldə olunur.

Şarl Mişelin bəyanatı, Moskvada keçirilən görüşlərin nəticələri açıq şəkildə göstərdi ki, Azərbaycanın haqlı mövqeyi dünya gücləri tərəfindən, Ermənistan-Azərbaycan münasibətlərinin müzakirə olunduğu ayrı-ayrı platformalarda dəstəklənir. Amma Ermənistan mətbuatı, xüsusilə hakimiyyətə yaxın informasiya resursları mümkün qədər Ermənistanın düşdüyü bu çıxılmaz vəziyyətin əks görüntüsünü formalaşdırmağa çalışır. Artıq bir neçə gündür Ermənistan mətbuatı Kişinyovda Fransa Almaniya liderlərinin iştirakı ilə keçiriləcək Ermənistan Azərbaycan rəhbərlərinin görüşünü qabardır. Bununla da Fransanın mövqeyinin zəifləmədiyini, tərəflər arasında yenə vasitəçi rolunda çıxış edə biləcəyini qeyd etməyə çalışırlar. İyunun 1- Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, Avropa Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Azərbaycan Ermənistan liderlərinin görüşü gözlənilir. Bu görüşün isə Avropa Siyasi İcmasının ikinci sammiti çərçivəsində Kişinyovda keçirilməsi planlaşdırılıb.

"Artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28- Laçında rayon sakinləri ilə görüşündə bildirib. Dövlət başçısı əminliyini ifadə edib ki, yaxın gələcəkdə, - əgər yenə Ermənistan saxtakarlıq etməsə yenə öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər. Vurğulayıb ki, imzalansa, çox yaxşı, imzalanmasa da, hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat təhlükəsizlik şəraitində yaşayacağıq.

Mustafa KAMAL,

"Respublika".