Sumqayıt Dövlət Universitetinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sərəncam

Sumqayıt Dövlət Universitetinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Sumqayıt Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına “Əməkdar müəllim” fəxri adı verilsin:

Feyziyev Fikrət Güləli oğlu

Zərbəliyev Məhəmmədəli Məzahir oğlu.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 16 noyabr 2022-ci il