Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Digər xəbərlər

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Müşahidə Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Müşahidə Şurasının sədri Aydın Kərimovun rəhbərliyi ilə Müşahidə Şurasının növbəti - ikinci iclası keçirilib.

İdarənin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktorunun müavini, icraçı direktor vəzifələrini müvəqqəti icra edən Tural Novruzov əsas hədəflərin əks olunduğu və 2026-cı ilədək icrası nəzərdə tutulan Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin Strateji inkişaf planını Müşahidə Şurası üzvlərinə təqdim edilib. Plan ümumi rəy nəticəsində qəbul olunub.

Eyni zamanda, Müşahidə Şurasının iclasında bir sıra təşkilati məsələlər də müzakirə olunub və Dövlət Qoruğu İdarəsinə yeni daxili auditor təyin edilib.