Şuşa və Andonq şəhərləri arasında “Dost şəhərlər
Digər xəbərlər

Şuşa və Andonq şəhərləri arasında “Dost şəhərlər" əlaqəsinin qurulması üzrə anlaşma memorandumu imzalanıb

Şuşa və Andonq şəhərləri arasında "Dost şəhərlər" əlaqəsinin qurulması üzrə anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandumu Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və Cənubi Koreyanın turizm və mədəniyyət mərkəzlərindən biri sayılan Andonq şəhərinin meri Kvon Qi-Şanq imzalayıblar. Sənədə əsasən, iki dost şəhər mədəni, sosial və iqtisadi münasibətləri təşviq etmək və birgə fəaliyyət sahələrini genişləndirmək niyyətindədir. Tərəflər arasında birgə proqram, layihələr, qarşılıqlı səfərlərin təşkili, habelə təcrübə və məlumat mübadiləsi, incəsənət, mədəniyyət, turizm, elm, ticarət və informasiya texnologiyaları sahələrində əməkdaşlıq nəzərdə tutulub.

AZƏRTAC