Sutka ərzində qəza-xilasetmə əməliyyatları
Digər xəbərlər

Sutka ərzində qəza-xilasetmə əməliyyatları

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 30 yanğına çıxış, 8 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. FHN-nin mətbuat xidmətindən bildirilir.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 4-ü azyaşlı olmaqla 15 nəfər, o cümlədən Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib. Həmçinin, Yasamal rayonunda bağlı qapı arxasında aşkar olunan 1 nəfərin və Gəncə şəhərində “Toyota” və “Khazar” markalı 2 minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

“Respublika”.