Talış kəndinin sakinləri aktiv məşğulluq tədbirləri ilə əhatə olunurlar
Sosial həyat

Talış kəndinin sakinləri aktiv məşğulluq tədbirləri ilə əhatə olunurlar

İşğaldan azad olunmuş yurd yerlərimizə Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində Tərtər rayonunun Talış kəndində sakinlər aktiv məşğulluq tədbirləri ilə əhatə olunurlar.

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ilkin mərhələdə kəndə köçürülən 20 ailənin hər biri ilə görüşlər keçirilərək, təhlillər aparılmaqla onlardan 20-dək şəxsin müxtəlif yerlərindəki vakansiyalar üzrə məşğulluğu təmin edilib.

Həmçinin Talış kənd sakinlərinin özünüməşğulluq proqramına cəlb edilməsi istiqamətində hazırlıq işləri aparılır. Eləcə kənd sakinlərindən bir qisminin yeni peşələrə yiyələnmələri məqsədilə onlar üçün peşə hazırlığı kurslarının təşkili nəzərdə tutulub.

Həmin ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə birgə "İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi" proqramının icrası həmin proqram çərçivəsində bir qrup kənd sakinin işlə təminatı həyata keçiriləcək.