Tamahkar, xain xisləti Ermənistanı dağılmaq təhlükəsinə çatdırıb
Siyasət

Tamahkar, xain xisləti Ermənistanı dağılmaq təhlükəsinə çatdırıb

Əslində Ermənistanın nə dövlət, nə də millət kimi azadlığı, müstəqilliyi  heç bir zaman olmayıb. Hər ölkədən, hər sərhəddən parça-parça zəbt edərək özlərinə dövlət quran ermənilərin yalnız bir amalı olub, özgə torpaqlarını özününkü hesab etmək. Azərbaycan onlar üçün hər zaman “yağlı tikə" olub. Torpaqlarımıza sığınan bu qaraçı köçü çox keçməyib ki, yaşadıqları əraziləri öz “vətənləri" etməyi bacarıblar. Bununla kifayətlənməyib, indiki Ermənistan ərazisini bir az da genişləndirmək məqsədilə Qarabağa da göz dikiblər. Tamahları başlarına bəla olan bu millət, 30 il torpaqlarımızı işğalda saxlasa da, artıq 3 ildir ki, öz ərazi bütövlüyümüzü bərpa edərək işğala son qoymuşuq. Azərbaycan oğulları tərəfindən tamah dişi sındırılan Ermənistanın bu gün vəziyyəti heç də ürəkaçan deyil. Aqibəti əvvəlcədən məlum olan bu dövlətə görünür, verilən dərs bəs etməyib. Bu gün ölkədə hökm sürən səfalət, hərc-mərclik, hakimiyyətin uğursuz siyasətindən narazılıq, iqtisadi böhran və mənasız ərazi davası, hakimiyyət tərəfindən verilən boş vədlər, müharibədə uğursuzluq və minlərlə insan itkisi millətin səbrini son həddə çatdırıb. İndi Ermənistan hər an partlaya biləcək bombaya bənzəyir. Əlbəttə ki, partlayacağı təqdirdə də özünü dağıdacaq. İllərlə yığılan sosial-iqtisadi problemlər insanların həyatını daha da gərginləşdirib.

İkinci Qarabağ müharibəsi bitəndən sonra Azərbaycan bütün hallarda sülh danışığına hazır olduğunu bildirmiş və dəfələrlə Ermənistanı sülhə çağırmışdır. Lakin bu dövlət öz köhnə adətinə sadiq qalaraq xain əməllərindən əl çəkməmiş, gah Rusiyanı, Fransanı,  gah da İranı özünə havadar seçmişdir. Tez-tez dostunu dəyişdiyi kimi, məqsədini də dəyişən Ermənistan bəzən özündə güc toplayıb danışıqlara hazır olduğunu bildirsə də, son anda kiminsə boş vədlərinə aldanmış, öz tamahının qurbanına,  əsirinə çevrilmişdir. Ermənistan bu gün hər an mövqeyini dəyişmək baxımından buqələmuna bənzəyir. Rəngi dəyişsə də, ruhu dəyişməyən sürünənlər sinfinə aid vəhşi toplumdur. Bəli, bu gün Ermənistan iqtisadi, sosial problemlər məngənəsində özünə dost seçdiyi dövlətlərin ətəyində sürünür.

Qeyri-obyektivlik göstərən Ermənistan Qarabağ mövzusunda ikili oyun oynayır. Azərbaycanın sülh çağırışına bəzən müsbət reaksiya versə də, yenə də adəti üzrə özünün qul iradəsinə məğlub olur. Bir növ adətkarda olan bu ölkə özünü kiminsə müstəmləkəsində hiss etməkdən sanki zövq alır. Gündə bir dövlətin qapazaltısına çevrilən Ermənistan müstəqil söz sahibi olmağı çoxdan unudub. Sahibləndiyi nə varsa özünəməxsus olmadığı kimi, azadlığı da özünün deyil. Müstəqil,  suveren siyasət yürüdə, sərbəst şəkildə iradə ifadə edə bilmir. Fransa kimi müstəmləkəçi dövlətlər başını sığallayıb aldadır. Ümumiyyətlə, bütün dövrlərdə Ermənistanı qazan kimi qaynadan kənar qüvvələr və dövlətlər bölgənin sakitliyini qəbul edə bilməmiş, vəziyyəti gərginlikdə saxlamaqla öz mənfəətləri uğrunda Ermənistanı qurban  vermişlər. Bu gün də eyni hal təkrar olunur. Çalınan havalara oynayan ermənilər itirdikləri azadlıqlarına ağlayacaq qədər mütidirlər.

Böyük ölkələrin iddiaları da böyük olur. Bu gün Ermənistana yalançı vədlər verməklə əslində onu bir çox şanslardan məhrum edirlər. Düzdür, artıq bu dövlət çoxdan şanslarını əldən verib.  Ancaq yenə də gec deyil.  Bütün dövrlərdə Ermənistan Azərbaycanın kölgəsində yaşayıb. Bu gün də elədir. İstər Qarabağda yaşayan  ermənilər,  istərsə də Ermənistan erməniləri çox gözəl anlayırlar ki, düşdükləri acınacaqlı vəziyyətdən nicat yolu yalnız Azərbaycanla barışıqda və sülh sazişi bağlamaqdadır. Bu təklifi isə Azərbaycan dövləti çoxdan edib.  Martın 9-da Bakıda keçirilən “Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bu barədə öz çıxışında bildirmişdir: “Ümid edirik ki, burada vasitəçi rolunu oynamağa çalışan beynəlxalq iştirakçılar Ermənistanı bu şansı itirməmək üçün dilə gətirəcəklər. Çünki onlar müstəqil ölkə olmaq şansını əldən verib,  digər ölkələrin müstəmləkəsinə çevrilib və real şəkildə müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar”.

Ramidə YAQUBQIZI,

“Respublika”.