TANAP-ın Azərbaycan-Türkiyə qardaşlığında rolu
Digər xəbərlər

TANAP-ın Azərbaycan-Türkiyə qardaşlığında rolu

Boru kəməri vasitəsilə Türkiyəyə ilk qaz həcmlərinin nəqlinə 30 iyun 2018-ci il tarixindən başlanılmışdır. Ərdəhanın Posof qəsəbəsindən başlayaraq Türkiyə ərazisi boyunca 20 şəhər, 67 qəsəbə 600 kənddən keçən Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru xətti 1 iyul 2019-cu il tarixindən etibarən Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhədində Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya nəql etmək üçün hazır vəziyyətə gətirilmişdir.

Xatırladaq ki, Bakı-Tbilisi-Ceyhan Neft Boru Kəməri Bakı-Tbilisi-Ərzurum Qaz Boru Kəməri layihələrindən sonra Türkiyə Azərbaycanın enerji sektorundakı inkişafı daha da sürətlənmişdir. TANAP layihəsinin köməyilə Türkiyə illik 5 faiz istehlak həcminə malik olan zəif qaz ehtiyatı problemini həll etməyə bir addım da yaxınlaşmışdır. Bundan başqa, layihə vasitəsilə təchizatın təhlükəsizliyinin gücləndirilməsi Türkiyənin iqtisadi artımına müsbət təsir göstərmişdir. Trans-Anadolu təbii qaz kəməri Avropa dövlətləri ilə yeni ticarət əlaqələrinin yaranmasında, hər iki regional gücün dünyanın enerji bazarlarındakı nüfuzunun gücləndirilməsində əsas rol oynamışdır. Enerjinin birləşdirici rolunun ən yaxşı nümunələrindən biri olan Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) regional sülh layihəsi hesab edilmişdir. TANAP Türkiyə, Azərbaycan Gürcüstanın qarşılıqlı etimad münasibətlərinin konkret nümunəsinə, ölkələrimiz arasında sarsılmaz dostluğun rəmzinə çevrilmişdir.

Türkiyə Azərbaycan başda olmaqla  Gürcüstana Avropaya təbii qaz tədarük zəncirinin hər mərhələsində siyasi kommersiya dəstəyini nümayiş etdirmişdir. Belə ki, BOTAŞ şirkəti 30 faizlik payı ilə TANAP-ın ikinci ən böyük investorudur. Bundan başqa, təxminən 6,5 milyard dollar sərmayə ilə reallaşdırılan TANAP-da türk boru istehsalçıları inşaat podratçılarının rolu danılmazdır. Bu gün dünyanın enerji xəritəsi dəyişir, yeni aktorlar, yeni əməkdaşlıq modelləri yaranır. Ötən iki əsrə nəzər saldıqda görürük ki, enerji resurslarına nəzarət uğrunda böyük mübarizələr aparılır. Bu baxımdan, TANAP-ın Türkiyə Gürcüstanın yerləşdiyi coğrafiyaya əhəmiyyətli təsir göstərməsi layihənin uğurundan xəbər verir. Sözügedən ölkələr karbohidrogen ehtiyatları ilə zəngin olmasalar da, hər ikisi məhz layihədən yararlanmışdır.

Nəzrin ELDARQIZI,

"Respublika".