Tanınmış alim, görkəmli tədqiqatçı 
Sosial həyat

Tanınmış alim, görkəmli tədqiqatçı 

Şahin Xəlilli 1951-ci ildə Qərbi Azərbaycanın Noyenberyan rayonunun Körpülü kəndində anadan olmuş, 1968-ci ildə orta məktəbi, 1973- ildə isə APXDİ-nin ingilis-azərbaycan dilləri fakültəsini bitirmişdir. Müxtəlif sahələrdə çalışan gənc mütəxəssis 1976- ildən taleyini APXDİ ilə bağlamış, 1976-1992-ci illərdə məzunu olduğu ali məktəbdə laborant, baş laborant, müəllim, baş müəllim kimi fəaliyyət göstərmişdir. Şahin Xəlilli APXDİ-nin dissertantı olmuş, Xalq yazıçısı, akademik M.İbrahimovun rəhbərliyi altında 1985-ci ildəCeyms Oldricin yaradıcılığında Azərbaycanmövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1992-ci ildəYazıçınəşriyyatındaCeyms Oldric Azərbaycanadlı monoqrafiyası çap olunmuşdur. Londonda ədibin evində Azərbaycan aliminin kitabının təqdimat mərasimi keçirilmişdir.

Şahin Xəlilli hələ 1970-1980-ci illərdə müasir ingilis ədəbiyyatının görkəmli nümayəndəsi Ceyms Oldriclə müntəzəm olaraq əlaqə saxlamış, o yerlərə səfərlər edib onunla görüşmüşdür. Sonralar ədəbiyyatşünas alim Cənubi Azərbaycanın Təbriz şəhərində xarici dillərin tədrisi ilə bağlı təşkil olunmuş konfransda (1992), İsveçrənin Montre şəhərində (1993), İstanbul şəhərində (1994) keçirilən konfranslarda, Kembric Universitetində Britaniya yazıçılarının XXV seminarında (1999) respublikamızı ləyaqətlə təmsil etmişdir.

Şahin Xəlilli dünya ədəbiyyatı üzrə respublikamızda tanınmış, sözün əsl mənasında, barmaqla sayılan tədqiqatçılardan biridir. O, “Ceyms Oldric Azərbaycan” (1992), “Ədəbi əlaqələr işığında” (2002), “Azərbaycan-ingilis ədəbi əlaqələri. Folklor materialları əsasında” (2002), “Klassik poeziya ədəbi əlaqələr. Azərbaycan-ingilis ədəbi əlaqələri” (2003) adlı kitab monoqrafiyaların, magistr hazırlığı üçünİyirminci əsr Böyük Britaniya Amerika ədəbiyyatı tarixifənni üzrə proqramın (2009), “Şekspir. İngilis tarixi pyesləri” (həmmüəllif G.Magill, 2009), “Orta əsrlər ingilis ədəbiyyatı (həmmüəllif A.Tatlı, 2012), “Britaniya uşaq ədəbiyyatı” (həmmüəllif Səadət Əliyeva, 2018) adlı dərsliklərin, eyni zamandaCeyms Oldric Azərbaycanadlı toplunun müəllifidir. Ədəbiyyatşünas alimin G.Magill A.Tatlı ilə birlikdə yazdığı əsərlər ingilis dilində işıq üzü görmüşdür.

Şahin Xəlilli səriştəli tərcüməçi kimi özünü təsdiq etmişdir. OnunBritaniya adalarının xalq nağıllarışərikli tərcümə kitabı 1989-cu ildəGəncliknəşriyyatında, ikinci dəfə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004- il tarixli Sərəncamı ilə 2005-ci ildə 25000 tirajlaÖndərnəşriyyatında çap edilmişdir. XIX əsrin görkəmli ingilis yazıçısı Ceyms Moriyeninİsfahanlı Hacıbabanın macərasıadlı romanının tərcüməsi 1993- ildəGəncliknəşriyyatında 25 cilddən ibarət olanər fantastika kitabxanasıseriyası ilə nəşr edilmişdir.

Şahin Xəlilli təkcə ingilis dilindən nəsr əsərləri deyil, poetik əsərləri dilimizə çevirmişdir. Onun XIX əsr ABŞ ədəbiyyatının ən görkəmli nümayəndələrindən Emili Dikkinsondan elədiyi tərcümələri xüsusi vurğulamaq lazım gəlir. O, eyni zamanda C.Q.Bayrondan, Redyard Kiplinq, Ted Hyuz, E.Kləpton, Cin Qordon, Y.Koup, C.Kornforddan tərcümələr etmişdir. 2015-ci ildə Böyük BritaniyanmRossendale Booksnəşriyyat evində hazırlananÜrək şəkilli yarpaqlaradlı kitabı ABŞ-da nəşr olunmuşdur.

Şahin Xəlilli eyni zamanda incə ruhlu şairdir. Onun 1990- ildəYerin ulduzları 1996- ildəÜrəyimdən keçənləruşaq şeir kitabları işıq üzü görmüşdür. Şahin Xəlilli 2000-2006- illərdə ADU-da ingilis dili kafedrasının müdiri işləmiş, 2018-ci ildən isə ADU-nun filologiya fakültəsinin dekanıdır. Onun rəhbərliyi altında 10-dan artıq dissertant müdafiə edərək alimlik dərəcəsi almışdır.

Ş.Xəlilli məşhurDiplomatəsərinin müəllifi C.Oldriclə dostluq münasibətləri qurmuş mütəmadi olaraq məktub vasitəsilə bu münasibətləri davam etdirmişdir. Məktubların birində C.Oldric yazır: “Məhsəti xanım Gəncəvinin böyük Məhəmməd Füzuli Süleyman oğlunun poeziyasını dönə-dönə mütaliə etmişəm. Əlbəttə, bütün bunları 1978-ci ildə mənə göndərdiyin Mirzə İbrahimovun redaktəsi ilə nəşr olunmuş antologiyadan seçmişəm”. C.Oldricin məktublarından bəlli olur ki, Moskvada ingilis dilində nəşr olunmuşAzərbaycan ədəbiyyatı antologiyasının həm nəsr, həm poeziya kitablarını yazıçıya məhz Şahin Xəlilli göndərmişdi. C.Oldric isə poeziya antologiyasından öz yaradıcılığında istifadə etmişdir. Bu, şübhəsiz ki, Şahin Xəlillinin milli təəssübkeşliyindən irəli gəlmişdir. Bu ənənə, bu xüsusiyyət onun bütöv yaradıcılığında özünü aydın şəkildə göstərir.

Şahin XəlilliKəntberi hekayələrindən danışır, burada Şərq motivlərini, Nizami təsirini axtarır. “Kitabi Dədə-Qorqudu tədqiq edir, ingilis alimlərinin fikirlərilə bu möhtəşəm abidənin Azərbaycana daha çox məxsus olduğunu sübut etməyə çalışır. İngilis alimləri Q.Auslinin, C.Braunun, B.Lyuisin yaradıcılığında Azərbaycan ədəbiyyatı ilə bağlı tədqiqatlarını, XodzkonunKoroğludastanını, rejissor Etibar BabayevinCeyms Oldricsənədli filmini xüsusi bir çoşqunluqla oxucuya çatdırır. Tədqiqatçının verdiyi məlumata görə, C.Oldric bu gün (1993- il -Ə.Z.) Azərbaycan torpağında, eləcə qədim İrəvan mahalında erməni faşistlərinin azərbaycanlılara qarşı törətdikləri qanlı faciəni gözləri ilə görə bilmədiyini, onu qələmə almadığını, özünün faciəsi hesab edir.

 

Ş.Xəlilli əsasən C.Oldricin yaradıcılığının tədqiqatçısı kimi tanınsa da, o, Şekspirin, Bayron digər ingilis ədiblərinin yaradıcılığına da müraciət etmişdir.

Ş.Xəlillinin söhbətlərini dinlədikdə onun özünəməxsus ciddiliyi ilə yanaşı, bir yumor hissinin olduğunu duyursan. Bu xüsusiyyətə onun poeziyasında da rast gəlmək olur.

Ş.Xəlillinin çox şirin bir üslubu var. Onun tədqiqatlarında, yazı üslubunda nəsr, poeziya, hardasa musiqi, ahəngdarlıq bir vəhdət təşkil edir.

Ş.Xəlilli ilə uzun illərdir ki, birlikdə Azərbaycan Dillər Universitetində işləyirik. Bu illərdə mən onu, bir alim kimi, həm gözəl insan kimi, etibarlı dost, yoldaş kimi yaxından tanıdım. O, həmişə özünün savadı, qabiliyyəti, mədəniyyəti, təvazökarlığı sadəliyi ilə fərqlənir.

Bu yaxınlarda Azərbaycan ədəbiyyatşünaslığında özünü təsdiq etmiş, Qərbi Avropa ədəbiyyatının ən üzdə olan tədqiqatçılarından biri, səmimi insan, təvazökar alimin 70 yaşı tamam olur. Tanınmış alim, filologiya elmləri doktoru, professor Şahin Xəlillini yubiley münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, yaradıcılıq uğurları, işlərində müvəffəqiyyətlər arzulayıram.

Əsgər ZEYNALOV,

Filologiya elmləri doktoru, professor.