Tarixin qara ləkəsi
Siyasət

Tarixin qara ləkəsi

1993- ilin 4 iyununda Gəncədə Azərbaycan ordusunun ovaxtkı korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi. Surət Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərk-silah edilməsi ilə bağlı hökumətin həyata keçirdiyi əməliyyat uğursuzluqla nəticələndi. Qiyamçı hərbi qüvvələrlə hökumət qüvvələri arasındakı toqquşmada ümumilikdə 35 nəfər həlak oldu. "Gəncə hadisələri" kimi tarixə düşən 1993- ilin 4 iyun olayını yenidən təəssüf hissilə xatırlayırıq. Çünki həmin vaxtlar müstəqilliyini bərpa etmiş Azərbaycan məhv olmaq təhlükəsi ilə üzləşmişdi.

4 iyun Gəncə qiyamı o dövrdə dövlətimizin müstəqilliyini, bütövlüyünü istəməyən qüvvələr tərəfindən məqsədli şəkildə istiqamətləndirilən proseslərin məntiqi nəticəsi idi. İqtisadiyyat bərbad vəziyyətə düşmüşdü, hər hansı bir sosial inkişafdan söhbət gedə bilməzdi, ordu quruculuğu səriştəsiz ölkənin milli maraqlarına zidd siyasət yeridən insanlara tapşırılmışdı. AXC-Müsavat hakimiyyətinin daxilində bir neçə qrup bir-biri ilə mübarizə aparırdı o qrupların hər birinin fərqli məqsədləri var idi. Ölkə daxilində xarici kəşfiyyat orqanları istədikləri kimi hərəkət edir, daxili siyasətə ciddi təsir göstərə bilirdilər. Belə bir ağır durumda qarşıdurmalar 1993- ilin əvvəllərindən başlayaraq daha da artdı, hakimiyyətin özündə parçalanmalar daha intensiv hal aldı. Bunun da başlıca səbəbi ovaxtkı hakimiyyətin idarəçilik təcrübəsinin olmaması, səriştəsizliyi idi. AXC iqtidarının "bütün mitinqlərdə iştirak edib, əziyyət çəkib" prinsipilə vəzifəyə təyin etdikləri bir müddətdən sonra hakimiyyətin üzqarasına çevrilirdilər. Ölkədə vəziyyət son dərəcə ağırlaşmışdı. Qiyamın səbəblərindən biri hakimiyyətdaxili münasibətlər idi. Hakimiyyətdə müxtəlif proseslər gedirdi. Hər kəs özünə səlahiyyət tələb edir, özünü prezident kimi aparırdı. Hakimiyyət strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirən ozamankı iqtidar 1993- ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Gəncə, Lənkəran, Qusar digər regionlarda silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Gəncə hadisələri Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırmış ölkə vətəndaş müharibəsi astanasına gətirilmişdi.

Gəncə hadisələri ilə bağlı böhran isə dərinləşməkdə idi. Hadisə Gəncədə polis postlarını ləğv edən 200 nəfərlik silahlı dəstənin icra hakimiyyətinin binasını ələ keçirməsi ilə başlamışdı. Hələ 1993- ilin fevralında Əbülfəz Elçibəy 709 saylı hərbi hissənin ləğvi haqqında sərəncam vermişdi. Ancaq bu sərəncamı həmin hissəyə rəhbərlik edən Surət Hüseynov icra etməkdən imtina etmişdi. 709 saylı hərbi hissənin rəhbərliyinin dəyişdirilməsi onun Ağcabədi rayonuna köçürülməsi haqqında yeni bir sərəncam verildi. Gəncədə bu sərəncamı da yerinə yetirməkdən imtina edən Surət Hüseynov tabeliyindəki qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. Gəncədə, o cümlədən Bakıya qədər bəzi rayonlarda silahlı qarşıdurmalar yaşanırdı. 709-cu briqadanı tərk-silah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında döyüşün baş verməsi isə ölkənin vətəndaş qarşıdurmasına sürükləndiyinin göstəricisi idi. Gəncədə bu sərəncam da yerinə yetirilmədi. Qiyamçılar MTN-in Gəncə şöbəsinə hücum edərək binadakı silah-sursatın təhvilini tələb etdilər. Qiyamçı hərbi hissənin rəhbərliyi Baş nazir Milli Məclis sədrinin, prezidentin istefasını tələb edir, ətraf rayonların icra başçılarını zorla dəyişdirirdi.

Surət Hüseynovun qiyamı üzü Bakıya doğru geniş miqyas alırdı. Həmin ərəfədə Gəncəyə getmiş ovaxtkı iqtidarın yüksək rütbəli üzvləri girov götürülmüşdü. Ovaxtkı iqtidar Surət Hüseynovon təzyiqinə tab gətirə bilməyib əlini qardaş qanına bulamışdı. Ölkəni idarə edə bilməyən cəbhə-müsavat birliyi Surət Hüseynovun qarşısında əsir-yesirə çevrilmişdi. Əsas qırğın da iyunun 4- Gəncədə baş vermiş, qan tökülmüşdü. Tanklar, silahlı insanlar Gəncənin küçələrində hərəkət etməyə başlamışdı. Şəhər döyüş meydanını xatırladırdı.

Gəncə hadisələri aydın göstərdi ki, ozamankı hakimiyyət, 1993- ilin iyununa kimi ölkəyə rəhbərlik edənlər bu işdə naşıdırlar. Olduqca ağır bir vəziyyət xalqı fəlakətə aparırdı. Hərbi qiyam vətəndaş qarşıdurması ölkənin varlığına təhdid yaradırdı. Bu cür çətin zamanda xalqın yeganə ümidi Naxçıvana idi. Düşmən blokadasında belə muxtar respublikanı qorumağı bacaran, Azərbaycanın xilaskarı Heydər Əliyev dövlətin nicat yolu idi. Belə ağır vəziyyətdə Azərbaycan xalqı özünün müdrik rəhbəri, dünyaşöhrətli siyasətçi Heydər Əliyevə üz tutdu. Məhz ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması vətəndaş müharibəsi təhlükəsi ilə qarşılaşmış Azərbaycanı bu vəziyyətdən çıxardı. Beləliklə, Azərbaycan bir əsrdə ikinci dəfə qazandığı müstəqilliyinin itirilməsinə yol vermədi.

Azərbaycan müstəqillik əldə etmişdi, amma bu müstəqillik yalnız sənəd üzərində idi. Eyni zamanda hər kəsə bəllidir ki, ulu öndərin müdaxiləsi olmasaydı, Azərbaycan ümumiyyətlə xəritədən bir dövlət olaraq silinəcəkdi. Ümummilli liderimiz müasir Azərbaycan dövlətinin varlığını qorudu. Bir çağırışla xalqının xilaskarına çevrildi. Ümummilli lider Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi, qətiyyəti, ekstremal vəziyyətlərdə doğru qərar qəbul etmək bacarığı olmasaydı, şübhəsiz ki, 4 iyun hadisələrinin daha ağır nəticələri ilə qarşı-qarşıya qalmalı olacaqdıq. Ulu öndər Heydər Əliyevin o zaman prosesləri stabilləşdirməsi Azərbaycanı dağılmaq təhlükəsindən xilas etməsi tariximizdə mühüm yer tutur. Əslində 4 iyunda baş verənlər qədər acı olsa da, ondan sonra cərəyan edən siyasi proseslər, 15 iyunda ulu öndər Heydər Əliyevin Azərbaycan parlamentinin Sədri seçilməsi tariximizdə şərəfli gün kimi qeyd olunur. Azərbaycan daxili təlatümlərdən xilas oldu. Müdrik dövlət başçısı Heydər Əliyev Azərbaycan dövlətçiliyini xaos böhran məngənəsindən çıxardı, ümummilli fəlakətin - vətəndaş müharibəsinin qarşısını aldı, döyüş cəbhəsində məğlubiyyətlərə son qoyuldu atəşkəs rejiminin tətbiqinə nail olundu.

Bu tarixi vəzifəni yalnız Heydər Əliyev kimi şəxsiyyət, təcrübəli siyasətçi, vətənpərvər insan, güclü lider yerinə yetirə bilərdi. Heydər Əliyev güclü lider kimi Azərbaycanı fəlakətdən qurtarıb tərəqqi intibah yoluna çıxardı, müstəqilliyimizi əbədi etdi. 1993- ildən yürüdülən siyasət kursu ölkəmizin həm böhrandan çıxarılması, həm inkişafı üçün vacib amillərdən biri oldu. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət ölkəmizi durmadan inkişafa aparırdı.

Bu gün ulu öndər Heydər Əliyevin uzaqgörən məqsədyönlü siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin iqtisadiyyatı güclənib, insanlarımızın sosial müdafiəsi istiqamətində ardıcıl tədbirlər görülür. Azərbaycanın müsbət beynəlxalq imici formalaşıb. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərdən sonra ərazi bütövlüyümüz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə təmin edildi. Prezident İlham Əliyev bununla həm ata vəsiyyətini gerçəkləşdirdi. Eyni zamanda xalqımızı arzularına çatdırdı. Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət qalib ölkə. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. Ötən illər həm onu göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək arzularını həyata keçirən, öz siyasətində dövlətinin xalqının maraqlarını ən ali məqsəd kimi görən bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi etibar etdiyi Liderdir.

Mustafa KAMAL,

"Respublika".