TASS və Trend agentliklərinin birgə layihəsi olan eastweststream.com portalının təqdimatı keçirilib
Digər xəbərlər

TASS və Trend agentliklərinin birgə layihəsi olan eastweststream.com portalının təqdimatı keçirilib

Platformanın məqsədi regionda gedən prosesləri hərtərəfli işıqlandırmaq, Şərq Qərbdən informasiya axınını təmin etməkdir

Heydər Əliyev Mərkəzində Rusiyanın TASS Azərbaycanın Trend informasiya agentliklərinin birgə layihəsi olan https://eastweststream.com/ portalının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, platformanın məqsədi regionda baş verən hadisələr barədə analitik məlumatlar, iqtisadi sahələri əhatə edən xəbərlər yaymaq, Şərq Qərbdən informasiya axınını təmin etməkdir. Portal, həmçinin geosiyasi proseslər, eləcə enerji ehtiyatları ilə zəngin regionların potensialı, maliyyə durumu siyasi həyatı barədə etibarlı xəbər mənbəyi kimi çıxış edəcək.

Təqdimat mərasimində çıxış edən Mixail Qusman bildirib ki, Azərbaycanda qədim ənənələrə malik olan jurnalistika daim dəqiqliyi ilə seçilib. “Azərbaycanda rus dilinə həmişə böyük önəm verilib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirib. Yeni platforma Rusiya Azərbaycan mediasının perspektivli layihələrindən biridir”, - deyə o qeyd edib.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib ki, Azərbaycanın Rusiyanın informasiya bazarının iki nüfuzlu media subyektinin bir araya gələrək təqdim etdiyiEastweststreamplatforması dünyanın siyasi biznes elitasının diqqətini cəlb etməklə yanaşı, region haqqında yalnız operativ deyil, həmçinin mötəbər informasiya qaynağı olacaq: “Şübhə etmirik ki, bu platforma Şərq Qərbin dinamik inkişafını əks etdirən etibarlı xəbər keyfiyyətli analitik təhlillərə artan tələbatı qarşılaya biləcək”.

Tədbirdə, həmçinin TASS agentliyinin baş direktorunun müavini Mixail Kolmıkov, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Azərbaycan Televiziyasının sədri Rövşən Məmmədov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Milli Məclisin deputatı Nizami Səfərov, CBC televiziyasının rəhbəri Vüqar Xəlilov, Real TV-nin direktoru Mirşahin Ağayev Trend agentliyinin baş direktorunun müavini Emin Əliyev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, bu illər ərzində Azərbaycanda dövlətin diqqət qayğısı ilə əhatə olunmuş media sektoru da sürətlə inkişaf edib. Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban Əliyevanın medianın inkişafına yönəlik addımları milli mətbuat ənənələrinə söykənən, müasir çağırışlarla ayaqlaşan media strukturlarının informasiya məkanına çıxmasına əlverişli şərait yaradıb. Azərbaycan mediasının qlobal media bazarına inteqrasiyası məhz Prezident İlham Əliyevin jurnalistikanın inkişafına həssas münasibəti nəticəsində mümkün olub. Bu gün təqdimatı keçirilən layihə media sahəsində aparılan uğurlu dövlət siyasətinin daha bir təzahürüdür.

AZƏRTAC