Tatarıstanla iqtisadi əlaqələrin intensivləşdirilməsinə dair müzakirələr aparılıb
Siyasət

Tatarıstanla iqtisadi əlaqələrin intensivləşdirilməsinə dair müzakirələr aparılıb

Azərbaycan nümayəndə heyətinin Tatarıstana səfəri çərçivəsində Azərbaycan Respublikası ilə Tatarıstan Respublikası arasında birgə Hökumətlərarası Komissiyanın 3- iclası, biznes forum keçirilib, iqtisadi əlaqələrin intensivləşdirilməsinə dair müzakirələr aparılıb.

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi ilə görüş

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov arasında görüş keçirilib. Tərəflər Azərbaycanın Tatarıstanla iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu qeyd edib, əməkdaşlığın gücləndirilməsi üçün görüləcək işlər barədə müzakirə aparıblar.

 

Birgə Hökumətlərarası Komissiyanın 3- iclası keçirilib

Kazanda Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki mədəniyyət sahələrində əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 3- iclası keçirilib.

Tədbirdə Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin şaxələndirilməsi barədə fikirlərini bölüşən iqtisadiyyat naziri müvafiq qurumlar arasında institusional əməkdaşlığın intensivləşdirilməsinin əhəmiyyətini, işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma bərpa işlərində əməkdaşlıq üçün geniş potensialı diqqətə çatdırıb. Ölkələrimiz arasında bir çox sahələrdə uğurlu əlaqələri qeyd edən Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Oleq Korobçenko Tatarıstan şirkətlərinin Azərbaycanın biznes dairələri ilə əməkdaşlıq üçün real təkliflərinin olduğunu bu istiqamətdə işlərin sürətləndirilməsinin vacibliyini ifadə edib.

Tərəflər, həmçinin iqtisadi-ticarət əlaqələrinin intensivləşdirilməsi perspektivlərini müzakirə ediblər.

İclas çərçivəsində Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri tərəfindən 3- iclasın yekunlarına dair Protokol imzalanıb. Sənəddə rəqəmsal iqtisadiyyat, elm, təhsil, gənclər, idman mədəni-humanitar, sosial turizm sahələrində tərəfdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

Bundan başqa, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Tatarıstanın "Ximqrad" Texnopolisinin "İnnovativ Sənaye Parkı - Yüksək Texnologiyalar sahəsində Texnopark"ı arasında əməkdaşlığa dair memorandum imzalanıb.

 

Tatarıstan-Azərbaycan biznes forumu

Səfər çərçivəsində Kazanda Tatarıstan-Azərbaycan biznes forumu keçirilib. Tədbirə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, enerji, sənaye, kənd təsərrüfatı, tikinti, İKT, maliyyə konsaltinq sahələrində fəaliyyət göstərən şirkətlərin təmsilçiləri qatılıb.

Mikayıl Cabbarov Tatarıstanın sənaye zonalarında qabaqcıl müəssisələrində tətbiq edilən müasir texnologiyaları (nou-hau) yüksək qiymətləndirib, Azərbaycan Tatarıstan iqtisadiyyatlarının bir sıra oxşar xüsusiyyətlərə sahib olduğundan bu istiqamətdə uğurlu əməkdaşlıq qurulmasının vacibliyini bildirib. Belə ki, Azərbaycanda yaradılmış münbit investisiya mühiti ölkəmizin əlverişli coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu Tatarıstan sahibkarlarına geniş perspektivlər vəd edir.

Tatarıstan sahibkarlarının Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduqlarını bildirən Oleq Korobçenko işgüzar tədbirlərin sahibkarlar arasında əlaqələrin qurulması mövcud bağların səmərəliliyinin artırılmasında əvəzsiz rol oynadığını qeyd edib.

Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad Bülbüloğlu, İxracın İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Kiçik Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Tatarıstan Respublikasının İnvestisiya İnkişafı Agentliyinin rəhbərinin birinci müavini İnsaf Vəliyev, Tatarıstanın Ticarət Sənaye Palatası Şurasının İdarə heyətinin sədri Şamil Aqeyev çıxışlarında iki ölkənin aidiyyəti qurumları işgüzar dairələri arasında əməkdaşlığın inkişafına dair fikirlərini bölüşüblər.

Tədbirdə Tatarıstan Azərbaycanda yaradılmış imkanlar, dəstək mexanizmləri biznes təşəbbüsləri sahibkarların diqqətinə çatdırılıb, iştirakçı şirkətlər arasında B2B formatda görüşlər keçirilib.

Səfər çərçivəsində Azərbaycanın nümayəndə heyəti Tatarıstan Respublikasının İnvestisiya İnkişafı Agentliyində görüş keçirib. Agentliyin Vahid Təqdimat Mərkəzində iştirakçılar üçün Tatarıstanın iqtisadi investisiya potensialı ilə bağlı təqdimat nümayiş olunub, Tatarıstan birgə investisiya perspektivlərinin reallaşdırılması imkanları müzakirə edilib.