“Tayfun
Türk dünyası

“Tayfun" milli ballistik raketi Türkiyə ordusunun gücünə güc qatacaq

Türkiyə müdafiə sənayesi sahəsində müstəqil siyasət yürüdür. Davamlı olaraq yeniliyə imza atan   qardaş ölkə artıq özünün milli yerli texnologiyaları hesabına hazırlanmış pilotsuz döyüş təyyarəsi "Bayraktar"ı, "Kızılelma", dünyada ilk dəfə olaraq pilotsuz gəmisini, eyni zamanda ən böyük hərbi gəmisi "TCG-Anadolu"nu, "Yeni Altay" tankını istifadəyə vermişdir. Bu gün Türkiyənin hərbi sənayesi elə bir səviyyəyə çatmışdır ki, nəinki özünün daxili tələbatlarını ödəyir, həmçinin dünyada silah ixracatçısı olan ölkəyə çevrilməkdədir. Türkiyə hərbi donanması ilə dünyanın diqqətini çəkir. Təsadüfi deyil ki, 2021-ci ildə İsrailin Hayfa Universitetinin Siyasi Strateji Araşdırmalar mərkəzi Türkiyə donanmasının Şərqi Aralıq dənizində ən güclü donanma olduğunu vurğulayıb.

Bu nailiyyətlərin nəticəsidir ki, Türkiyə son 20 ildə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə  dünyada söz sahibinə, güc mərkəzinə çevrilmişdir. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görürBu uğurlardan biri kimi bu günlərdə   "Tayfunmilli ballistik raketinin ikinci test atışının uğurla sınaqdan keçirilməsini göstərmək olar. Roketsan tərəfindən hazırlanmış raketin sınaqları Qara dəniz sahilindəki Rize-Artvin hava limanı  yaxınlığında həyata keçirilib. Bundan əvvəl Türkiyə, Rusiya Federasiyasından aldığı "S-400" zenit-raket komplekslərinin sınağını da həmin bölgədə aparmışdır. "Tayfun" raketinin 561 km məsafədəki hədəfi 500  saniyəyə vurduğu qeyd edilirTürkiyə müdafiə sənayesinin nəhənglərindən olan Roketsan quruda bir platforma, dənizdə suüstü nəqliyyat vasitələri, eləcə havada döyüş təyyarələri, SİHA helikopterlərlə atılacaq süni intellekt xüsusiyyətlərinə malik yeni qanadlı "Çakır" raketləri  istehsal edib. Türkiyədə ilk olaraq SİHA-lar vasitəsilə istifadə ediləcək "Çakır" qanadlı raketləri 1500 km məsafə qət edəcək.

Bunu, önəmli tarixi addım kimi dəyərləndirmək olar. Çünki bu vaxta qədər Türkiyə qısamənzilli ballistik raketə malik deyildi. Bu fikri açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general  Yücel Karauz deyib. O, qeyd edib ki, ballistik raketlər qurudan dənizdən atılan raket sistemləridir: "Ballistik raketlər atıldıqdan sonra atmosferdən çıxır, sonra təkrar atmosferə daxil olub hədəfi vururlar. Bu xüsusiyyətlərinə görə antiballistik raketlər ya digər sistemlər tərəfindən vurulması çətindir".

Yücel  Karauz bildirib ki, Roketsan kampaniyası tərəfindən hazırlanan "Tayfun" raketinin ilk sınaqları da 2022-ci ilin oktyabrında, Qara dəniz üzərində Rizə-Artvin hava limanı yaxınlığında  gerçəkləşdirilmişdir: "Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl bildirmişdi ki, raketin uçuş məsafəsinin 1000 kilometrə çatdırılması planlaşdırılır. Eyni zamanda, ikinci sınaqda raketin uçuş məsafəsinin artırıldığını, təhlükəsizlik baxımından bunun hələ bəyan edilmədiyini düşünürəm. Onu da bildirim ki, raketin yaxın vaxtlarda Türkiyə ordusunun arsenalına daxil olması gözlənilir. Çünki "Tayfun" 500 saniyədə 561 kilometr məsafədəki hədəfi məhv etmək gücündədir. Bundan başqa, Roketsan "Tayfun"dan öncə "Bora" taktik ballistik raketini hazırlamışdı. "Tayfun"dan sonra isə Roketsan "Cenk" ballistik raketini buraxaraq 1000 kilometrdən uzaq məsafədə hədəfləri təsir altına ala biləcək. Bu isə hazırda qlobal güc olan Türkiyənin siyasi hərbi üstünlüyünün birləşməsinə şərait yaradacaq".

Yücel Karauz əldə edilən bu uğurun Azərbaycan üçün əhəmiyyətli olduğunu deyib: "Türkiyənin ordu müdafiə sənayesində qazandığı uğurlardan, əldə etdiyi nailiyyətlərdən Azərbaycana da pay düşür bundan sonra da düşəcək. Çünki  biz ''Bir millət, iki dövlət, tək yumruğuq''. Ona görə bu, təkcə Türkiyənin deyil, Azərbaycanın da qürurudur. Türkiyə Azərbaycan əleyhinə hər hansı addım atmaq istəyənlər unutmasınlar ki, Türkiyə müdafiə sənayesinin "Tayfun" da daxil son vaxtlar istehsal etdiyi hərbi məhsullar, eyni zamanda lazım olduğu anda Azərbaycanın ixtiyarına veriləcək. O qüvvələr bilsinlər ki, çirkin niyyətlərindən əl çəkməsələr, bir gün dəmir yumruq başlarına dəyəcək".

Onu da qeyd edək ki, bu günlərdə Türkiyənin Yeni Tip Sualtı Qayıq layihəsi çərçivəsində Gölcük Gəmiqayırma Zavodu Komandanlığında inşa edilən "Hızır Rəis" sualtı qayığı  da ölkənin Hərbi Hava Qüvvələrinə təqdim edilib. "Hızır Rəis" sualtı qayığının uzunluğu 68 metr, hündürlüyü 13 metr, səth yerdəyişməsi 1690 ton, maksimal sürəti 20kt+, maksimum uçuş məsafəsi 1250 dəniz mili, dərinliyi 260 metrdir. Sualtı qayıq 27 nəfərlik komanda tutumuna malikdir. Bundan əlavə, Türkiyənin TCG Piri Rəis, TCG Hızır Rəis, TCG Murat Rəis, TCG Aydın Rəis, TCG Seydiali Rəis TCG Selman Rəis sualtı qayıqları da var.  2023- ildən  etibarən hər il sualtı qayıqlardan  birinin istifadəyə veriləcəyi bildirilir. 2027-ci ilə qədər donanmaya  6 yeni tip sualtı qayığın əlavə ediləcəyi planlaşdırılır.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.