Tbilisidə professor Hafiz Paşayevin gürcü dilinə tərcümə edilmiş
Mədəniyyət

Tbilisidə professor Hafiz Paşayevin gürcü dilinə tərcümə edilmiş "Bir səfirin manifesti" kitabının təqdimatı olub

Mayın 19-da Gürcüstan Milli Elmlər Akademiyasında (GMEA) Azərbaycanın xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin gürcü dilinə tərcümə edilmiş "Bir səfirin manifesti" kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycanın Elm Təhsil Nazirliyinin, Gürcüstandakı səfirliyinin, ADA Universitetinin əməkdaşları, GMEA-nın, Gürcüstanın Təhsil elm, Xarici İşlər nazirliklərinin rəhbərliyi, ictimai-siyasi xadimlər, elm adamları iştirak ediblər.

GMEA-nın prezidenti, akademik Qiorqi Kvesitadze kitab haqqında danışıb, səfir Hafiz Paşayevin Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra xaricdə ölkəmizin təmsil olunması, düzgün tanıdılması istiqamətində mühüm işlər gördüyünü vurğulayıb. O deyib ki, bu kitab oxucuların Azərbaycan diplomatiyası haqqında məlumatlandırılması baxımından çox önəmlidir.

Akademikin sözlərinə görə, bu cür təşəbbüslər, həmçinin ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin inkişafına xidmət edir.

Professor Hafiz Paşayev çıxış edərək "Bir səfirin manifesti"nin ərsəyə gəlməsinin tarixçəsindən söhbət açıb, nəşrdə real faktlarla yanaşı, öz daxili hisslərini düşüncələrini qələmə aldığını bildirib. Müstəqilliyinin bərpasından sonra Azərbaycanın ABŞ-da ilk səfiri olduğunu xatırladan Hafiz Paşayev diqqətə çatdırıb ki, kitabda bu iki ölkə arasında münasibətlərin yaranması inkişafına dair mülahizələr toplanılıb. O vurğulayıb ki, yaxşı diplomat, ilk növbədə ölkəsinin güclü təbliğatçısı olmalıdır. Səfirlər öz memuarlarını qələmə almaqla gələcək diplomatlar üçün dəyərli vəsait hazırlamış olurlar.

GMEA-nın vitse-prezidenti Roin Metreveli çıxış edərək, Azərbaycan-Gürcüstan münasibətlərindən danışıb. Müstəqilliyimizin bərpasından sonra məhz Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi müdrik siyasəti nəticəsində ölkələrimiz arasında münasibətlərin yeni müstəvidə inkişaf etdiyini vurğulayıb. Bildirib ki, bu cür tədbirlər ölkələrimiz arasında münasibətlərin bütün istiqamətlərində inkişafına xidmət edir.

Gürcüstan təhsil elm nazirinin müavini Nodar Papukaşvili bu kitabın əslində gürcü diplomatların ABŞ haqqında məlumat alması üçün əhəmiyyətli olduğunu bildirib.

Tədbirdə, digər çıxış edənlər "Bir səfirin manifesti" kitabının əhəmiyyətindən danışıblar. Bildirilib ki, nəşrdə diplomatların yararlana biləcəyi çox dəyərli məlumatlar var. Kitab diplomatiya sahəsində uğurlu karyera qurmaq istəyən gənc nəsil üçün önəmli vəsaitdir.