Təhsil naziri Emin Əmrullayev Tbilisidəki 73 saylı Azərbaycan məktəbində olub
Elm və təhsil

Təhsil naziri Emin Əmrullayev Tbilisidəki 73 saylı Azərbaycan məktəbində olub

Gürcüstanda səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayev Tbilisidəki 73 saylı Azərbaycan məktəbində olub.

AZƏRTAC xəbər verir ki, məktəbin direktoru Salman Pirməmmədov nazirə təhsil ocağı barədə məlumat verib. Bildirib ki, 1902-ci ildə tikilmiş məktəbin binası 2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyilə əsaslı təmir olunub. Hazırda məktəbdə 250-dən çox şagird təhsil alır.

Məktəbi bitirmiş 20-dən çox məzun Azərbaycanda, Gürcüstanda, eləcə də digər ölkələrdə müxtəlif vəzifələrdə çalışır.

Nazir Emin Əmrullayev məktəbin kitabxanası, idman zalı və sinif otaqları ilə tanış olub, müəllim və şagirdlərlə görüşüb.

Görüşdə Gürcüstan elm və təhsil nazirinin birinci müavini Tamar Maxaraşvili iştirak edib.

AZƏRTAC