Təhsil naziri Türkiyənin Prezident İdarəsi Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
Siyasət

Təhsil naziri Türkiyənin Prezident İdarəsi Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb

Sentyabrın 15-də təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Prezident İdarəsi Rəqəmsal Transformasiya Ofisinin rəhbəri  Ali Taha Koçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Türkiyə Respublikasının Prezident İdarəsi Rəqəmsal Transformasiya Ofisi arasında təhsil sahəsində mümkün gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. 

AZƏRTAC