Təhsil Nazirliyinin tərəfdaşlığı ilə “Baku Skills
Elm və təhsil

Təhsil Nazirliyinin tərəfdaşlığı ilə “Baku Skills" müsabiqəsi keçirilir

"TEKNOFEST Azərbaycan" festivalı çərçivəsində Təhsil Nazirliyinin tərəfdaşlığı ilə "Baku Skills" müsabiqəsi keçirilir.

AZƏRTAC xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd 3D çap texnologiyasından mükəmməl istifadə edən istedadları aşkara çıxarmaqdır. 3D çap ən inqilabi texnologiyalardan biridir və gənc nəslin müvafiq texnoloji imkanlardan effektiv şəkildə istifadə etməsi günümüzün əsas tələblərindəndir. İnnovasiya yönümlü məhsul və prototiplərin hazırlanmasında, detalların və mexaniki hissələrin dizaynında, eləcə də müxtəlif model dizayn texnikasında 3D çap bacarıqları olduqca önəmlidir. 3D çap yaradıcı texnologiya olmaqla yanaşı, tələbələrə CAD proqram təminatından istifadə edərək problemləri necə həll etmək barədə düşünməyə fürsət verir. Müsabiqə məktəblilər və tələbələr arasında keçirilir.

AZƏRTAC