Təkliflər nəzərə alınır
Region

Təkliflər nəzərə alınır

Əhali ilə keçirilən səyyar görüşlərdə vacib şərt adamların təklif və təşəbbüslərinə diqqət yetirmək, irəli sürülən tənqidi qeydləri nəzarətə götürüb onların aradan qaldırılmasına köməklik göstərməkdir.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırovun   Musalı kəndinin sakinləri ilə keçirdiyi  görüşdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Saatlı rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat verdi.

Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Bəhram Əhmədov, Nəsir Ağayev, Amid İsgəndərov və başqaları kəndlərinin mövcud problemlərindən, xüsusilə əkin sahələrinin suvarma suyu ilə təminatındakı çatışmazlıqlardan, onların aradan qaldırılması yollarından danışıb, bir sıra təkliflər irəli sürdülər.

Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapdı, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər verdi, gələcəkdə kənddə görüləcək işlərin irəli sürülən təkliflər əsasında həyata keçirilməsinin zəruriliyini vurğuladı.

                                       Tofiq HÜSEYN,

                                      “Respublika”.