Təkliflər ümumi işin xeyrinədir
Region

Təkliflər ümumi işin xeyrinədir

Regionlarda keçirilən səyyar görüşlər yerlərdəki real vəziyyəti öyrənməyə imkan yaradır. Görüşlər zamanı irəli sürülən təkliflər, irad və təşəbbüslər nəzərdən keçirilir, ümumi işin xeyrinə həll olunur.  Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırovun  Potubəyli kəndinin sakinləri ilə görüşü fikir mübadiləsi şəraitində keçdi. Görüşdə rayon icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etdilər.   

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də rayonda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdi.

Səyyar görüş-qəbulda çıxış edən kənd sakinləri mövcud problemlərdən danışıb, bir sıra təkliflər irəli sürdülər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapdı, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər verdi. Faydalı təkliflərin icrası barədə fikir mübadiləsi aparıldı.

Tofiq HÜSEYN,

“Respublika”.