“Teknofest
Türk dünyası

“Teknofest"in Azərbaycanda keçirilməsi tarixi hadisədir

Dünya ölkələrinin texnologiya sahəsindəki inkişaf prosesində müxtəlif beynəlxalq tədbirlərin, festivalların yarışların təşkili xüsusi əhəmiyyət kəsb edir. Belə tədbirlərə evsahibliyi etmək, yaxud da iştirakçısı olmaq modern dünyaya inteqrasiyaya geniş imkan yaradır. Müasir dövrün çağırışları ilə ayaqlaşan ölkələr arasında Azərbaycan da qabaqcıl sıralardadır. Son illər ölkəmizdə bu istiqamətdə mühüm addımlar atılır. Azərbaycanın keçən il ilk dəfə Türkiyə xaricində keçirilən "Teknofest" festivalına evsahibliyi etməsi bunu bir daha təsdiqləyir.

2022-ci il mayın 26-da başlayan 4 gün davam edən festival "Türkiyə Texnologiya Komandası" - T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi Türkiyə Respublikasının Sənaye Texnologiya Nazirliyinin təşkilatçılığı ilə keçirilmişdir. Festivalda, ümumilikdə 10 fərqli kateqoriya üzrə 1010 komanda 5636 nəfərin müraciəti qəbul edilmişdir. Bakıdakı "Teknofest" çərçivəsində müxtəlif texnologiya müsabiqələri, "Smart Qarabağ" Hakatonu, "Take Off" Azərbaycan Startap Sammiti "Rocket League" video oyunu üzrə Avropa Kiber İdman Kuboku da təşkil edilmiş, bu, tədbiri izləyənlər tərəfindən böyük maraqla qarşılanmışdır. Festivalın ən əyləncəli hissəsi isə sərgi hesab edilir. Belə ki, sərgi çərçivəsində tərəfdaş şirkətlərin məhsulları, eləcə gənclərin hazırladıqları prototiplər STEM (Science - təbiət elmləri, Technology - texnologiya, Engineering - mühəndislik Mathematics - riyaziyyat) layihələri, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları helikopterlər nümayiş olunmuşdur.

Azərbaycan Milli Pavilyonunda 11 yerli şirkət startapın, həmçinin dövlətimizin yerli istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) sərgilənməsi ən yaddaqalan anlar kimi qiymətləndirilmişdir. Festivalda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı "Teknofest"in əhəmiyyətindən xəbər verirdi. Festivalı vacib edən daha bir amil "Şuşa Bəyannaməsi"nin imzalanmasından sonra keçirilməsi idi ki, bu da Azərbaycan-Türkiyə arasındakı qardaşlığın, strateji müttəfiqliyin göstəricisidir. Ölkə başçımızın "Biz əslində öz vətənimizdə, ölkəmizdə, öz qardaşlarımızın arasındayıq. Azərbaycan ilə Türkiyə arasında dostluq-qardaşlıq münasibətləri, hamımızın bir millət olaraq ruhuna bağlılığımız hər şeydən əhəmiyyətlidir", - deyə səsləndirdiyi fikirlər ikitərəfli münasibətlərin yüksələn xəttlə inkişafına daha bir nümunədir.

 Xüsusi vurğulamaq lazımdır ki, qardaş ölkə tərəfindən 2018-ci ildən bəri keçirilən festivalın əsas məqsədi cəmiyyətdə, xüsusən gənc nəsil arasında texnologiyaya marağı artırmaqdır. Həmçinin, festival çərçivəsində müxtəlif fənlər kateqoriyalar üzrə texnologiya yarışları təşkil edilir ki, bu da tədbirin maraqlı keçməsinə səbəb olmuşdur. İstanbulda baş tutan ilk "Teknofest" festivalında təxminən 550 min insan iştirak etmiş, ümumilikdə 14 texnologiya müsabiqəsi keçirilmişdir. Tədbir çərçivəsində təşkil olunmuş motosiklet yarışlarında Kənan Sofuoğlu "Kawasaki H2R" ilə qalib gəlmişdir. Festival növbəti il, ikinci dəfə yenədə İstanbulda keçirilmişdirFestival çərçivəsində 3 milyon lirədən çox mükafat verilməsi planlaşdırılmış, 122 ölkədən 17 min 373 komanda 50 min rəqib "Teknofest" iştirak üçün müraciət etmişdir. İlk dəfə olduğu kimi, bu dəfə haker yarışları, robototexnika müxtəlif hava şouları tədbirə rəng qatmışdır. Daha sonra "Teknofest" 2020-ci ildə Qaziantepdə, 2021-ci ildə isə yenidən İstanbulda baş tutmuşdur.

Bu il aprelin 27- İstanbulda başlayan "Teknofest" may ayının 1-dək davam etmiş, Azərbaycan 200 kvadratmetr ərazini əhatə edən milli pavilyonla festivalda təmsil olunmuşdur. Festivala üz tutanlara "Onno", "PENÇE", "Uvodo" "WakeX" adlı startap-layihələr,  "Kızılelma" "VR Ay səyahəti" kimi oyunlar da təqdim olunmuşdur. "Teknofest" zamanı Türkiyənin İstanbul Texniki Universiteti, Qalatasaray Universiteti, Yeditepe Universiteti, Boğaziçi Universiteti, İstanbul Nişantaşı Universiteti, Mərmərə Universiteti, Bahçeşehir Universiteti İbn Haldun Universiteti kimi aparıcı təhsil müəssisələrinin müəllim  tələbə heyəti ilə görüşlərin keçirilməsi tədbirin elmə, texnologiyaya yeniliyə verdiyi dəyərin təzahürüdür. Bundan başqa, "Teknofest" qardaş ölkə ilə pozulmaz əbədi əlaqələrimizin, hər iki dövlətin ildən-ilə artan nüfuzunun, elmi-texniki potensialın bariz nümunəsidir.

Nəzrin ELDARQIZI,

"Respublika".