Təmizlik aksiyası keçirilib
Ekologiya

Təmizlik aksiyası keçirilib

10 iyun 2023-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ölkə ərazisindəki çayların sahillərində növbəti ümumrespublika təmizlik aksiyası çərçivəsində İsmayıllı rayonunda bir sıra çayların sahillərində təmizlik aksiyası keçirilib.

10 iyun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir ki, aksiyada İsmayıllı Rayon İcra Hakimiyyətinin, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin, Şahdağ Milli Parkının, Hidrometeorologiya müəssisəsinin, Suvarma Sistemləri İdarəsinin və Talıstan Bələdiyyəsinin əməkdaşları, həmçinin İsmayıllı gəncləri də aktiv iştirak edib.

Tədbirin keçirilməsində məqsəd - ölkə ərazisində ətraf mühitin məişət və digər tullantılarla çikləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.

“Respublika”.