TƏRTƏR: UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ QAZİ AİLƏSİ ZİYARƏT OLUNUB
Region

TƏRTƏR: UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ QAZİ AİLƏSİ ZİYARƏT OLUNUB

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Uşaqların Beynəlxalq Müdafiəsi günü Tərtər şəhər sakini, yeni övladı dünyaya gəlmiş qazi  Qayıbov İnqilab Ələsgər oğlunun ailəsində olub, onların qayğıları və problemləri ilə maraqlanıb, ailənin yeni dünyaya gəlmiş övladına qiymətli hədiyyə təqdim edib.

Rayon rəhbəri Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində İnqilab kimi igid oğulların sayəsində qələbə çaldığını bildirib. Onun Vətən, ərazi  bütövlüyümüzün bərpası yolunda yaralanaraq öz sağlamlığını itirdiyini deyib.

Qeyd edək ki, qazi Qayıbov İnqilab Ələsgər oğlu  Kəlbəcər  istiqamətində gedən döyüşlərdə iştirak edib. Üçüncü qrup Vətən Müharibəsi əlilidir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə “Laçının azad olunmasına görə”, “Cəsur döyüşçü” və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Qazi İnqilab Qayıbov şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə  Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Vəli VƏLİYEV,

“Respublika”.