Tərtər:  Vətən müharibəsi medalları təqdim olunub
Region

Tərtər:  Vətən müharibəsi medalları təqdim olunub

Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətində  rayon rəhbəri Müstəqim Məmmədov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev şəhidin atası Xanlar Sabirli və qazi Ramil İbrahimli ilə görüşüblər.

Görüşdə rayon rəhbəri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində qazandığı Qələbədən söz açıb, şəhidlərimizin döyüş yoluna nəzər salıb, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqlarını bildirib. Qeyd edib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Rayon rəhbəri Vətənə layiqli oğullar yetişdirdikləri üçün şəhid ailələrinə, göstərdikləri qəhrəmanlığa görə qazilərimizə öz minnətdarlığını bildirib. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışıb.

Sonra Sabirli Əjdər Xanlar oğlunun ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən təltif edildiyi "Xocavəndin azad olunmasına görə" medalı şəhidin atasına və qazi İbrahimli Ramil Qafar oğlunun "Xocavəndin azad olunmasına görə" medalı isə özünə təqdim edildi.

Görüşdə Şəhidin atası Sabirli Xanlar və qazi İbrahimli Ramil şəhid ailələrinə qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Vəli VƏLİYEV,

“Respublika”.