Tərtərdəki
Digər xəbərlər

Tərtərdəki "N" saylı hərbi hissədə bayram şənliyi

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun, Müdafiə Nazirliyinin Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "N" saylı hərbi hissədə bayram tədbiri keçirilib.

Bayram tədbirində əvvəlcə respublikamızın müstəqilliyi ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni oxunub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev Novruz bayramı münasibətilə əsgər zabitləri təbrik edib, onlara xoş arzularını çatdırıblar. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu sahəsində dövlət siyasətinin nəticəsi olaraq son illərdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək möhkəmlənib, maddi-texniki bazası gücləndirilib döyüş qabiliyyəti artırılıb. Ulu Öndər Heydər Əliyev ordunun xalqımızın tərkib hissəsi olmasını vurğulamaqla, dövlətin, xalqın qayğısı ilə əhatə olunmasını, hər kəsin orduya qayğı göstərməsini tövsiyə edib.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində uğurla davam etdirilir. Azərbaycanda iqtisadi inkişafın sürətlənməsi ölkəmizin təhlükəsizlik müdafiə potensialının möhkəmlənməsinə bilavasitə təsir göstərib, Silahlı Qüvvələrdə modern islahatlar aparmağa imkan verib, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə, eyni zamanda, hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılmasına zəmin yaradıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müntəzəm olaraq əsgər zabitlərlə görüşlər keçirməsi, xidmətdə fərqlənən hərbi qulluqçulara mükafatlar təqdim etməsi Silahlı Qüvvələrimizin şəxsi heyətində böyük ruh yüksəkliyi yaradır, onları mətin mübarizəyə ruhlandırır.

Bütün bunların nəticəsi olaraq 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə rəşadətli Ordumuz 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü bərpa etməyə müvəffəq olub.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bayram münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edib, onlara çətin şərəfli xidmətdə - Vətənin müdafiəsində uğurlar arzulayıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirərək 44 günlük Vətən müharibəsində Zəfər qazanıb. Əsgərlər zabitlər şərəfli peşə sahibi olduğunu bir daha sübut ediblər. Torpaqlarımız şəhidlərin qanı bahasına azadlığa qovuşub. Bu gün Vətənin keşiyində dayanan əsgərlər zabitlər onlara əmanət olan torpaqları göz bəbəyi kimi qoruyurlar.

Hərbi hissənin rəhbərliyi qonaqlara təşəkkürünü bildirib belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını söyləyib. Bildirilib ki, əsgər zabitlər Ali Baş Komandan İlham Əliyevin əmr tapşırıqlarını yerinə yetirməyə hər an hazırdırlar.

Çıxış edən hərbçilər göstərilən xüsusi diqqət qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə əsgərlərə bayram sovqatları verilib, Bərdə Regional Mədəniyyət İdarəsinin əməkdaşları tərəfindən onlar üçün konsert proqramı təşkil olunub.

Ülvi QARAYEV,

Respublika”.