Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən
Məktublar

Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi Azərbaycan-Yaponiya Dostluq Mərkəzi adından və şəxsən öz adımdan 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzularımı qəbul etməyinizi xahiş edirəm.

Böyük məmnuniyyətlə vurğulayıram ki, Sizin rəhbərliyiniz və müdrik siyasətiniz sayəsində doğma Vətənimiz Cənubi Qafqazın lider ölkəsi imicini qazanıb. Azərbaycan, həmçinin regionda sabitliyin və əmin-amanlığın etibarlı dayağına çevrilərək beynəlxalq aləmdə nüfuzunu daha da artırıb.

Möhtərəm Prezident, Siz bütün dünya azərbaycanlılarının lideri olduğunuzu onların ən böyük arzusunu həyata keçirməklə təsdiq etdiniz. Hakimiyyətdə olduğunuz illərdə nəinki Azərbaycanı regionun liderinə çevirdiniz, həmçinin işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdiniz. Xalqımızın tarixində yeni bir səhifə açan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan kimi qazandığınız şanlı Qələbə nəticəsində regionda hərtərəfli əməkdaşlıq və davamlı inkişaf üçün yeni münasibətlərin təməlini qoydunuz. Yalnız qonşu ölkələrə deyil, həmçinin bütün Avrasiya məkanına fayda gətirəcək yeni layihələrə start verilməsinə səbəb oldunuz.

Zati-aliləri, fürsətdən istifadə edib Sizə bir daha möhkəm cansağlığı, xalqımızın rifahı və doğma Vətənimizin inkişafı naminə ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

Hörmətlə, 

Xəlil Kələntər

Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri,

Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü