Tolerantlıq xalqımızın həyat tərzidir
Digər xəbərlər

Tolerantlıq xalqımızın həyat tərzidir

Qlobal Bakı Forumu təmsilçilik səviyyəsinə iştirakçılarının intellektual potensialına görə dünyanın aparıcı beynəlxalq konfranslarından biri olmaqla yanaşı, həm bəşəriyyəti narahat edən ən müxtəlif problemlərin müzakirə olunduğu çoxşaxəli, unikal bir platformadır.

Builki forumun işinə 60 ölkədən 350 nəfər iştirakçının qatılması, onların arasında 50-dən artıq indiki sabiq prezidentlərin, Baş nazirlərin yer alması Azərbaycana ölkəmizin evsahibliyi ilə artıq onuncu dəfə gerçəkləşən qlobal toplantıya olan yüksək etimadın dəyərin göstəricisi kimi qiymətləndirilməlidir.

Şübhəsiz ki, ölkəmizə olan yüksək etimad Prezident İlham Əliyevin Azərbaycan dövlətinin başçısı Qoşulmama Hərəkatının sədri kimi yürütdüyü siyasətdən, irəli sürdüyü gerçəkləşməsində aparıcı mövqedə dayandığı qlobal təşəbbüslərdən qaynaqlanır.

Bu gün cənab Prezidentin qeyd etdiyi kimi, bəşəriyyət soyuq müharibənin bitməsindən sonra ən ciddi Şərq-Qərb qarşıdurmasına şahidlik edir. Geosiyasi maraqların iddiaların ədalət humanizm prinsiplərinə meydan oxuduğu bu zaman kəsiyində xalqların dövlətlərin təhlükəsizliklərini, bütövlükdə sivil, beynəlxalq hüquqa söykənən münasibətlər sistemini qoruyub saxlamağın yeganə yolu sülh əməkdaşlıqdan, dövlətlərin ərazi bütövlüklərinə, suverenliyinə hörmətdən, sərhədlərin toxunulmazlığından keçir.

Coğrafi baxımdan Qərblə Şərq arasında körpü rolunu oynayan Azərbaycan bu missiyanı həm mədəniyyətlərarası dialoq formatında davam etdirir, qlobal məsuliyyətini yüksək səviyyədə dərk edən bunu xarici siyasətinin ana xəttinə çevirən bir dövlət kimi qlobal təhlükəsizliyə tarixi töhfələr verir.

Azərbaycan öz ərazilərində yaşayan erməni azlığına münasibətdə eyni yanaşmanı sərgiləyir xalqımıza xas olan yüksək tolerantlıq prinsiplərindən çıxış edir. Azərbaycanın baxış bucağı bütövdür. Dövlətimiz həm daxili, həm xarici siyasətində humanizm dəyərlərini, birgəyaşayış prinsiplərini, mədəni müxtəlifliyin qorunmasını təşviq edir. Prezident İlham Əliyevin nitqində qeyd etdiyi kimi, Azərbaycanda azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Ölkəmizdəki real vəziyyətlə tanış olan hər kəs deyə bilər ki, Azərbaycan yüksək dini etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc ləyaqətli şəkildə yaşadığı ölkədir.

Bütün bunlar, təkcə Azərbaycan dövlətinin təşviq etdiyi, qoruduğu dəyərlər deyil, həm Azərbaycan xalqının düşüncə tərzidir. Tolerantlıq xalqımızın fitrətindədir məhz bu səbəbdən ətrafımızda cərəyan edən neqativ hadisələr, qarşılaşdığımız haqsızlıqlar düşüncəmizi dəyişə bilmir.

Azər KƏRİMLİ,

Milli Məclisin deputatı.