Tomas de Rementeria: Prezident İlham Əliyevin sədrliyi dövründə atılan addımlar Qoşulmama Hərəkatının inkişafına öz töhfəsini verdi
MÜSAHİBƏLƏR

Tomas de Rementeria: Prezident İlham Əliyevin sədrliyi dövründə atılan addımlar Qoşulmama Hərəkatının inkişafına öz töhfəsini verdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatına sədrliyi dövründə bir çox mühüm addımlar atıldı. Bu addımlar Hərəkatın inkişafına öz töhfəsini verdi.

Bunu Azərbaycanın ev sahibliyi etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçısı, Çili Nümayəndələr Palatasının üzvü Tomas de Rementeria AZƏRTAC-a açıqlamasında deyib.

"Azərbaycanda olduğum üçün çox şadam. Bakı gözəl şəhərdir. Ötən illərdə Azərbaycan mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu gün çox gözəl tədbir olacağını düşünürəm", - deyə T.Rementeria vurğulayıb.

O, Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentlərinin əlaqələrinin genişlədirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.

AZƏRTAC