Tovuz qış mövsümünə hazırdır
Region

Tovuz qış mövsümünə hazırdır

Havaların soyuqlaşması qışın gəlişindən xəbər verir. Qış fəsli gəlişi ilə özü ilə bəzi problemlər yaratmasını gündəmə gətirir. İstər-istəməz enerjiyə olan tələbat bir qədər artır, avtomobil yollarında hərəkət çətinləşir və s. Tovuz rayonu dağlıq və dağətəyi relyefə malik olduğundan qış fəslinə hazırlıq daha da aktuallaşır. Bu baxımdan rayonda qış fəslində insanların rahat yaşamasının təmin olunması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun tapşırığı və tövsiyəsi ilə havaların isti keçdiyi zamanlardan qışa ciddi hazırlıq işlərinə start verilmiş və hazırda bu işlər davam etdirilir. Rayonun dağlıq ərazisindəki yaşayış məntəqələrinin bir neçəsi qazla təmin olunmadığına görə sakinlər, eləcə də  bəzi dövlət müəssisələri odun yanacağı ilə təmin olunurlar. Bəzi sakinlər isə elektrik enerjisindən istifadəyə üstünlük verir. Belə olan halda energetiklərin üzərinə böyük məsuliyyət düşür. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün mövcud olan problemlər aradan qaldırılır.

Tovuz Elektrik Şəbəkəsinin xidməti ərazisində qış mövsümündə abonentləri dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün aşağıdakı işlər görülmüşdür.

Şəbəkənin normal istismar olunması, itkilərin qarşısının alınması, abonentlərə verilən elektrik enerjisinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə 10;6 kV-luq şəbəkənin yenidən qurulması üçün Tovuz EŞ-in  10 kv-luq I Əyyublu, II Əyyublu, Farfor HEVX-yə 122 ədəd yeni dayaq quraşdırılmış,  5955 m AS-50 naqillə 10 kV-luq xətt çəkilmişdir. 6 kV-luq Ağdam  HEVX-yə 58 ədəd 6 kV-luq dayaq quraşdırılmışdır. 10 kV-luq Böyük Qışlaq HEVX-nin Qaradaş,  Səfərli, Papaqçılar və Qandallar kəndləri ərazisində yerləşən hissəsi üçün 513 ədəd 10 kV-luq dayaq quraşdırılmış, 48365 m AS-35-50 naqillə 10 kV-luq xətt çəkilmişdir.

Zədələnmiş 28 ədəd güc transformatoru təmir olunaraq yerinə quraşdırılmışdır.

Bundan əlavə, Tovuz rayonunun Əyyublu, Qaradaş, Səfərli, Papaqçılar və Qandallar kəndlərində 10/0,4 kV-luq şəbəkənin yenidən qurulmasına başlanmışdır. 0,4 kV-luq şəbəkənin yenidən qurulması üçün Qaradaş, Səfərli, Papaqçılar, Qandallar və Əyyublu kəndlərinə ümumilikdə 2295 ədəd SİP dayaq basdırılıb, 49521 m. yeni SİP kabel çəkilib və 30 yeni KTM quraşdırılıb.

Ölkə başçısının “Azərişıq” ASC-nin qarşısına qoyduğu tələblərə uyğun olaraq bütün regionlarda olduğu kimi “Qərb” RETSİ-nin Tovuz Elektrik Şəbəkəsinin də xidməti ərazisində olan elektrik qurğularında əsaslı təmir və yenidənqurma işləri həyata keçirilir. Belə ki, rayonun elektrik təchizatının yaxşılaşdırılması, abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması məqsədilə Yuxarı Öysüzlü kəndi ərazisində yerləşən 110/35/6 kV-luq Tovuz yarımstansiyasının tikintisinə başlanıb.

110/10 kV-luq Qovlar y/st-sı Qovlar şəhəri və 13 kənd üzrə  11 193 abonenti elektrik enerjisi ilə təmin edir. Rayonun elektrik təchizatının yaxşılaşdırılması, abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması məqsədilə 110/10 kV-luq Qovlar y/st-sı yenidən, müasir tələblərə uyğun  qurulur. Yeni yarımstansiya İbrahim Hacılı kəndində inşa edilib. Yarımstansiya 110/35/10 kV-luq olmaqla gücü artırılaraq 25 MVA-dan 50 MVA-ya çatdırılıb. Hazırda tikinti başa çatıb, avadanlıqların quraşdırılmasına başlanıb. Yaxın günlərdə yarımstansiyanın istismara verilməsi planlaşdırılır.

Bütün bunların nəticəsi olaraq rayonun əhalisi etibarlı, fasiləsiz, keyfiyyətli, təhlükəsiz və səmərəli elektrik enerjisi ilə təmin olunacaq, ərazidə enerji ilə təminat daha da yaxşılaşdırılacaqdır.

Rayonda əhalinin mavi yanacaqla fasiləsiz olaraq təmin olunması üçün bir sıra işlər həyata keçirilmişdir. Tovuz şəhəri N.Nərimanov R.Məmmədov, İ.Qasımov  küçələrində qaz təminatının yaxşılaşdırılması üçün 5 ədəd ŞQTM 200 m3/s quraşdırılıb. Bozalqanlı kəndi üçün 1 ədəd RDUK-100 tənzimləyici ŞQTM-100 m3/-2 ədəd, 1 ədəd RDUK-50, ŞQTM 200 m3/s-ədəd, ŞQTM-100 m3/s-1 ədəd, ŞQTM, 200 m3/s-2ədəd, ŞQTM-300m3/s-3 ədəd Alakol ŞQTM-300m/3/s-1 ədəd Aşağı Mülkülü kəndi ŞQTM-300m/3/s-2 ədəd Tovuz şəhər Mərdan Musayev, Şəhriyar küçəsi, Aşağı Öysüzlü, Əyyublu, Alakol, Dondar Quşçu kəndlərində 18 ədəd madas tipli, 35 ədəd fərdi qaz tənzimləyici quraşdırılmışdır.

Yollarda avtomobillərin maneəsiz və təhlükəsiz hərəkətlərinin təmin edilməsi üçün 26 nömrəli “Yol İstismarı” MMC tədbirlər planına uyğun olaraq yol kənarlarının 1786m3 qum, 140 ton texniki duz daşınmasına başlanılmışdır. Yollardan axan suların yoldan kənara ötürülməsi üçün 250 m3   kuvetlər qazılmışdır. Müəssisəyə məxsus olan 15 ədəd texnikalara baxış keçirilmiş, yararlı vəziyyətə gətirilmişdir. Bundan başqa, ehtiyat üçün 8200 litr dizel, 2100 litr benzin yanacağı tədarük görülmüşdür.

Tovuz qış fəslinə hazırdır.

Vəli VƏLİYEV,

“Respublika”.