“TurAz Qartalı-2022
Digər xəbərlər

“TurAz Qartalı-2022" təlimi davam edir

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən "TurAz Qartalı-2022" birgə taktiki-uçuş təlimi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, plana uyğun olaraq bazalanma aerodromlarından müəyyənləşdirilmiş marşrutlarla uçuş edən hərbi pilotlar müxtəlif epizodlar üzrə tapşırıqları icra edirlər.

Birgə taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.

AZƏRTAC