“TurAz Şahini - 2021” təlimlərində hərbi təyyarəçilər tapşırıqları müvəffəqiyyətlə icra edirlər
Digər xəbərlər

“TurAz Şahini - 2021” təlimlərində hərbi təyyarəçilər tapşırıqları müvəffəqiyyətlə icra edirlər

“TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim planına əsasən təyin olunan hündürlükdə marşrut üzrə birgə uçuş tapşırıqlarını yerinə yetiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tapşırığın ssenarisinə uyğun olaraq, şərti düşmənin hava hücumundan müdafiə vasitələrinə, yerüstü hədəflərinə zərbələr endirmə və onun qırıcılarından yayınma manevrləri hərbi təyyarəçilər tərəfindən uğurla icra edilib.

AZƏRTAC