Türk Dövlətləri Təşkilatı Azərbaycanın Britaniyadakı səfirliyinə hücumun araşdırılması ilə bağlı çağırış edib
Siyasət

Türk Dövlətləri Təşkilatı Azərbaycanın Britaniyadakı səfirliyinə hücumun araşdırılması ilə bağlı çağırış edib

Türk Dövlətləri Təşkilatının rəsmi tviter səhifəsində Azərbaycan London şəhərindəki səfirliyinə hücumla bağlı paylaşım edilib.

AZƏRTAC paylaşımı təqdim edir: "Türk Dövlətləri Təşkilatının qurucu üzvü olan Azərbaycanın Londondakı səfirliyinə radikal dini qruplar tərəfindən edilən şiddətli və qəbuledilməz hücumu qınayırıq. Bu vandalizm aktının ətraflı araşdırılması üçün çağırış edirik".

AZƏRTAC