Türk Dövlətləri  Təşkilatı qlobal güc mərkəzinə çevrilir
Türk dünyası

Türk Dövlətləri  Təşkilatı qlobal güc mərkəzinə çevrilir

"Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Türkiyədə keçirilən növbədənkənar sammitindəki çıxışında deyib.

Türkiyənin hərbi sənayesi bütün dünyanı təəccübləndirəcək səviyyədə inkişaf edib. 44 günlük Vətən müharibəsindən sonra Türkiyədə istehsal olunan "Bayraktar" pilotsuz uçuş aparatlarının (PUA) dünyanın bir çox ölkələri tərəfindən alınması beynəlxalq arenada bir türk dövlətinin gücünün, qüdrətinin göstəricisidir. Bundan əlavə, hərbi-iqtisadi güc bir dövlətin onun müttəfiqlərinin öz sərhədlərini, millətinin təhlükəsizliyini qoruması baxımından da çox önəmlidir. Ayrı-ayrılıqda bütün türk dövlətlərinin hərbi-iqtisadi inkişafı, beynəlxalq nüfuzunun artması olduqca vacibdir. Məlumdur ki, Rəcəb Tayyib Ərdoğan İlham Əliyev həmişə türk dünyasının birliyinə çalışır. Avrasiyanın ən qədim uzunömürlü imperatorluqlarını qurmuş Türk Dünyasının regional qlobal risk təhlükələri dəf etmələri baxımından da bu birlik zərurətə çevrilir. Məhz buna görə Prezident İlham Əliyev Şuşada keçirilən "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə gələcəyə" mövzusunda konfransda çıxış edərək TDT-nin qlobal güc mərkəzinə çevrilməsinin zəruriliyindən danışıb: "Biz təşkilatı daha vacib beynəlxalq oyunçuya çevirə bilsək, hər kəs bundan faydalanar. Bizim geniş coğrafiyamız, bəzi ölkələrdə böyük təbii sərvətlər, bəzi ölkələrin güclü hərbi imkanları var. Biz bütün bu səyləri birləşdirsək, qlobal səviyyədə ciddi oyunçu görə bilərik. Hesab edirəm ki, təşkilat qlobal güc mərkəzlərindən biri ola bilər olmalıdır". Qeyd edək ki, TDT-nin keçirdiyi Zirvə görüşləri türkdilli dövlətlər arasında əlaqələrin şaxələndirilməsi əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin sübutudur. TDT yaranandan (3 oktyabr 2009-cu il Naxçıvan) bu günə qədər keçən müddət ərzində bu təşkilat səmərəli fəaliyyət göstərib. Bu müddət ərzində mədəni, humanitar, iqtisadi siyasi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycan bütün türkdilli dövlətlərlə xoş münasibətlər qurur türkdilli ölkələr arasında əlaqələrin möhkəmlənməsində maraqlıdır. Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv üç müşahidəçi ölkə var.

Bu gün Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Təşkilatın getdikcə güclənməsi birlikdə olan dövlətlərin problemlərinin həllinə real imkanlar yaradır. Bu isə təşkilatın daha da güclənməsini, bölgədə söz sahibinə çevrilməsini şərtləndirir. Belə ki, 44 günlük Vətən müharibəsində türk dövlətlərinin Azərbaycana dəstəyi danılmazdır. Türk Dövlətləri Təşkilatı beynəlxalq müstəvidə münasibətlər sistemində güclü mövqeyə sahibdir.

Ümumiyyətlə, türkdilli ölkələr arasında əlaqələr hər keçən gün artmaqda inkişaf etməkdədir. Ona görə Türk Dövlətləri Təşkilatının qlobal miqyasda əhəmiyyəti getdikə artacaq. Çünki türkdilli xalqları ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir.

Nuranə DAXİLQIZI,

"Respublika".