Türk Dövlətləri Təşkilatı yeni dünya düzəninin gerçəkliyidir
Türk dünyası

Türk Dövlətləri Təşkilatı yeni dünya düzəninin gerçəkliyidir

Bu gün bütün türk dünyası siyasi, iqtisadi problemlərin həllində gücünü, potensialını ortaya qoyaraq sarsılmaz birlik nümayiş etdirir. Xalqların inteqrasiyası, ümumtürk mövqeyi türk dünyasının daha əzəmətli, daha qüdrətli olmasına xidmət edir. Tarixin bütün dövrlərində türk milləti bu məqsəd uğrunda mübarizələr, mücadilələr aparmışdır. Türkdilli dövlətlərin siyasi, iqtisadi, mənəvi gücünü birləşdirməsi, bir təsisat altında fəaliyyət göstərməsi, eyni soydan olan xalqların həmrəyliyi qloballaşan yeni dünya düzəninin gerçəkliyidir.

Dostluq, qardaşlıq qarşılıqlı güvən əsasında qurulan siyasi, iqtisadi, ticari, mədəni hərbi əməkdaşlıq türk dövlətlərinin möhkəmlənməsinə, ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət ənənələrə sahib olan xalqlarımızın daha firavan, daha ədalətli bir dünyada yaşamasına hesablanıb. 2009-cu il oktyabr ayının 3- Azərbaycan, Türkiyə, Qazaxıstan Qırğızıstan arasında imzalanan Naxçıvan müqaviləsinə əsasən Türk Dövlətlərinin Əməkdaşlıq Şurası adı altında yaradılan təşkilat enerji layihələrinin həyata keçirilməsində, dövlətlərin xalqların sosial-iqtisadi inkişafında, regional təhlükəsizliyin möhkəmlənməsində, türk dövlətlərinin dünya birliyinə inteqrasiyasında yeni səhifə açmışdır.

2021-ci il noyabr ayının 12- İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türk Dövlətləri Təşkilatı adlandırılan təsisat türk birliyini, türk dövlətləri arasında qarşılıqlı etimadı möhkəmləndirmək, xarici siyasət məsələlərində ortaq yanaşmanı təşviq etmək, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm transmilli cinayətkarlığa qarşı birgə mübarizə aparmaq məqsədi daşıyır. Eyni zamanda, bütün sahələrdə regional ikitərəfli əməkdaşlığın gücləndirilməsi, ticarət əlaqələri investisiyalar üçün əlverişli şəraitin yaradılması, elm, texnologiya, təhsil mədəniyyət sahəsində, kütləvi informasiya vasitələri arasında daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi kimi məsələlər TDT-nin fəaliyyətində əsas vəzifə olaraq nəzərdə tutulur.

Bu gün TDT müstəqil türk respublikaları xalqları arasında hərtərəfli tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsinə yönəlmiş müzakirələrin aparıldığı, təkliflərin irəli sürüldüyü mühüm siyasi platforma kimi çıxış edir. "Siyasi ictimai həmrəylik kimi, iqtisadi ticari əlaqələri gücləndirmək lazımdır", - deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türkdilli ölkələr arasındakı ticarət dövriyyəsinin 21 milyard dollar təşkil etdiyini bildirərək, qarşılıqlı sərmayələrin əhəmiyyətini, bu sahədəki maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayır. Beynəlxalq hökumətlərarası təşkilat olan, sülhə, davamlı inkişafa töhfə vermək missiyası daşıyan Türk Dövlətləri Təşkilatının liderləri arasında sarsılmaz dostluq münasibətlərinin qurulmasında, sıralarının gündən-günə daha da genişlənməsində, əməkdaşlığın strateji tərəfdaşlığın yeni formatının müəyyənləşməsində Rəcəb Tayyib Ərdoğanın misilsiz xidmətləri olmuşdur.

Azərbaycan, Türkiyə, Qazaxıstan Qırğızıstanın üzv olduğu Türk Şurasına 2019-cu ildə Özbəkistanın da qoşulması türk xalqları arasında çoxəsrlik köklərə əsaslanan mədəni tarixi qardaşlığın nümunəsidir. Həmin il təşkilatın yaradılmasının təşəbbüskarı olan Qazaxıstan prezidenti Nursultan Nazarbayevə Rəcəb Tayyib Ərdoğanın təklifi şura üzvlərinin razılığı ilə Türk Şurasının ömürlük fəxri rəhbəri adı verilməsi ortaq dəyərlər əsasında möhkəmlənən birliyin göstəricidir. 2021-ci ildə isə türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən, hər zaman sülh sabitlik, əmin-amanlıq tərəfdarı olan Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü Şuranın qərarı ilə "Türk Dünyasının Ali Ordeni" ilə təltif olunmuşdur.

Prezident Rəcəb Tayyib Ərdoğan türk xalqları arasında münasibətlərin dərinləşməsi genişlənməsi istiqamətində fəaliyyətləri TDT-nin əsas strateji hədəfləri kimi müəyyənləşdirərək demişdir: "Yeni addım mövqeyimiz olan Türk Dövlətləri Təşkilatı ilə bundan sonra daha sürətli, xüsusi israrla kök salacaq, böyüyəcək, inkişaf edəcək səpələnəcəyikMədəniyyətin beşiyi olan Türküstan coğrafiyası yenidən bütün bəşəriyyətin cazibə işıqlanma mərkəzi olacaq".

Təşkilat siyasi, iqtisadi mədəni əməkdaşlıq üçün platforma rolunu oynamaqla ortaq mədəniyyətə malik olan xalqlar arasında əhəmiyyətini getdikcə daha da artırır. Belə ki, Şərqi Avropadan Mərkəzi Asiyaya qədər geniş coğrafiyada yaşayan, qədim tarixi kökə zəngin mədəni irsə sahib olan türkdilli xalqlar TDT çərçivəsində ümumi problemlərinin həlli istiqamətində bütün sahələr üzrə əməkdaşlıq edirlər. Fəaliyyətində milli suverenliyə ərazi bütövlüyünə hörmət, demokratik dəyərlərin, iqtisadi inkişafın təşviqi, sosial ədalətin təmin olunması mədəni müxtəlifliyin qorunması prinsiplərini rəhbər tutan təşkilatın üzvləri arasında əlaqələrin dərinləşməsi iqtisadi inteqrasiyaya geniş imkan yaradır. Belə ki, TDT yarandığı gündən üzv dövlətlər arasında ticarət investisiya əməkdaşlığının genişləndirilməsi nəticəsində ikitərəfli çoxtərəfli ticarət, eləcə enerji, nəqliyyat kənd təsərrüfatı kimi əsas sektorlarda mühüm layihələr reallaşdırılıb.

Mədəni irsin qorunmasında mühüm rol oynayan, türk xalqlarının dili, ədəbiyyatı, mədəniyyəti etnoqrafiyasını tədqiq etmək məqsədilə fəaliyyət göstərən Türk Akademiyası, Türk Mədəniyyəti İrsi Fondu mədəni mübadilənin təşviqində, tədqiqat layihələrinin dəstəklənməsində türk xalqlarının adət-ənənələrinin təbliğində mühüm rol oynayır, təhsil sahəsində tələbə mübadiləsinə, akademik əməkdaşlıqlara türk universitetlərinin yaradılmasına mühüm töhfələr verir.

Türk Dövlətləri Təşkilatı dəyişən dünya düzəninə uyğun olaraq inklüzivlik, şəffaflıq qarşılıqlı hörmət prinsiplərinə sadiqlik nümayiş etdirir, iqtisadi əlaqələrin dərinləşməsində, tərəfdaşlığın genişlənməsində regional münaqişələrin həllində öz təsirini daha da gücləndirir, türk dünyasının parlaq gələcəyinə yol açır. Üzv dövlətlərin müdafiə təhlükəsizlik məsələlərində əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. Belə ki, təşkilat ümumi təhlükəsizlik problemlərini həll etmək üçün birgə hərbi təlimlər, kəşfiyyat məlumatlarının mübadiləsi terrorla mübarizə səyləri üçün mexanizmlərin yaranmasında fəal iştirak edir, həmçinin fəlakətlərə hazırlıq, fövqəladə hallara reaksiya fəlakətdən sonra bərpa işlərində əməkdaşlıq mexanizmləri yaratmaqla böhran zamanı üzv dövlətlərə vaxtında yardım dəstək göstərir. Bu, regional dayanıqlılığı həmrəyliyi gücləndirməklə yanaşı, həm təşkilatın fəal məsuliyyətli qurum kimi nüfuzunu artırır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında siyasi dialoq diplomatiyanın təşviqində mühüm rol oynayır. O, regional problemləri həll etmək əlaqələri gücləndirmək üçün yüksək səviyyəli görüşlərin, ikitərəfli danışıqların çoxtərəfli forumların keçirilməsinin təşəbbüskarı kimi ümumtürk dünyasında sülhün, sabitliyin təmin olunmasına ciddi səy göstərir. Belə ki, İkinci Qarabağ müharibəsinin başladığı ilk gündən müharibənin bitdiyi son dəqiqəyədək Azərbaycanın yanında olan Türkiyə türkdilli ölkələrin birliyinin, həmrəyliyinin təminatçısı missiyasını uğurla yerinə yetirdi.

Türk dünyasında ticarətin diversifikasiyasının, investisiya imkanları infrastrukturun inkişafının vacibliyini vurğulayan Rəcəb Tayyib Ərdoğanın ticarət maneələrinin aradan qaldırılması, qaydaların uyğunlaşdırılması nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində ciddi səyləri türk ölkələri arasında iqtisadi əməkdaşlığın ticarət həcminin artmasına xidmət edir. Üzv dövlətlərin sosial-iqtisadi tərəqqisini təmin etmək, türkdilli ölkələr üçün daha parlaq gələcək formalaşdırmaq, regional rifahı, sabitliyi qorumaq onun siyasi iradəsinin, idarəçilik qabiliyyətinin bariz nümunəsidir. Ümumtürk dünyasında əməkdaşlığın genişləndirilməsi, münaqişələrin sülh yolu ilə həlli, sülhün təhlükəsizliyin təşviqi Türkiyə liderinin həyata keçirdiyi siyasətin ana xəttini təşkil edir.

Mehparə ƏLİYEVA,

"Respublika".