Türk Dövlətləri Təşkilatından qardaş ölkəyə dəstək
Türk dünyası

Türk Dövlətləri Təşkilatından qardaş ölkəyə dəstək

Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık Elbistan rayonlarında 7,7 7,6 maqnitudalı zəlzələ 13,5 milyon insanın həyatına təsir edib, 47 mindən çox insan həyatını itirib. Zəlzələ Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya Adana başda olmaqla ətraf ərazilərdə dağıntılara səbəb olmuşdur.

Martın 16-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak edən dövlət başçısı tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, qardaş Türkiyədə çoxsaylı insanın tələfatına xəsarət almasına səbəb olan güclü zəlzələnin fəsadları bizi olduqca kədərləndirib. Bu dağıdıcı zəlzələ on minlərlə insanın həyatına son qoyubÖlkə başçısı yaralananlara şəfa diləyib bildirib ki, Azərbaycan hökuməti xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə, Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır. Azərbaycan Türkiyə həm sevincli, həm kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq.

Türk Dövlətləri Təşkilatının dövlət başçıları Fövqəladə Zirvə görüşündə 6 fevral 2023- ildə Türkiyənin cənub-şərq bölgəsində baş vermiş minlərlə insanın yaralanması ilə nəticələnən ağır dağıntılara səbəb olan iki dağıdıcı zəlzələ ilə əlaqədar qardaş türk xalqına bir daha dərin hüznlə başsağlığı verərək, üzv müşahidəçi dövlətlərin xalqlarına, eləcə digər ölkələrə beynəlxalq təşkilatlara, platformalara zəlzələlərdən daha çox zərərçəkmiş ərazilərə dərhal yardım əlini uzatdıqlarına görə minnətdarlıqlarını bildiriblər. TDT-nin dövlət başçıları "Türk Dünyasına Baxış 2040" sənədinə uyğun olaraq təbii fəlakətlərin yaratdığı problemlərin aradan qaldırılması üçün ikitərəfli çoxtərəfli əməkdaşlığın koordinasiyanın zəruriliyini bundan əlavə bir sıra məsələləri diqqətə alaraq Ankara Bəyannaməsini qəbul etdilər. Qəbul edilmiş 16 maddəlik Bəyannamənin ilk bəndlərində Türkiyə Cümhuriyyətinin tarixinin son 100 ilinin əsrin fəlakətinin fəsadlarının aradan qaldırılmasına önəm verilir. Türk Dövlətləri zəlzələlərdən sonra Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya, Adana zəlzələdən əziyyət çəkmiş ətraf ərazilərdə bərpa yenidənqurma işlərində Türkiyə xalqı hökuməti ilə həmrəy olduqlarını bildirdilər, digər ölkələr beynəlxalq təşkilatlar, platformalar tərəfindən fəlakətdən sonra həyata keçirilən axtarış xilasetmə əməliyyatlarını alqışladılar bir çox insanın həyatını xilas edən dəstələrə minnətdarlıqlarını bildirdilər. Qəbul edilmiş Ankara Bəyannaməsində xüsusilə vurğulandı ki, TDT qardaş Türkiyə xalqına dəstək olaraq milli tibbi xilasetmə qrupları arasında əməkdaşlığı gücləndirməyə birgə fəaliyyətə hazırdır. Dövlət hökumət başçıları Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirərək Türkiyə dövlətinin zəlzələnin fəsadlarını ən qısa vaxtda aradan qaldıracağına əminliklərini ifadə etdilər.

Musa BAĞIRLI,

"Respublika".