Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşünün Ankara Bəyannaməsi
Türk dünyası

Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşünün Ankara Bəyannaməsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Bəyannamə qəbul olunub.

AZƏRTAC Ankara Bəyannaməsini təqdim edir.

"Türk Dövlətləri Təşkilatının (bundan sonra TDT adlandırılacaq) "Fəlakət - Fövqəladə halların idarə edilməsi humanitar yardım" mövzusunda Fövqəladə Zirvə görüşü Azərbaycan Respublikasının təşəbbüsü ilə 16 mart 2023- ildə Ankarada keçirilmişdir.

İclasa Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğan ev sahibliyi etmişdir iclasda Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Zati-aliləri Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri Şavkat Mirziyoyev, Türkmən xalqının Milli Lideri Türkmənistanın Xalq Məsləhətinin Sədri Zati-aliləri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Respublikasının Prezidenti Zati-aliləri Ersin Tatar, Macarıstanın Baş naziri Zati-aliləri Viktor Orban, eləcə Türk Dövlətləri Təşkilatının Baş katibi Zati-aliləri Kubanıçbek Ömüraliyev iştirak etmişlər.

Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları,

6 fevral 2023- ildə Türkiyənin cənub-şərq bölgəsində minlərlə insanın həyatına son qoyan, minlərlə insanın yaralanması ilə nəticələnən ağır dağıntılara səbəb olan iki dağıdıcı zəlzələ ilə əlaqədar qardaş türk xalqına bir daha dərin hüznlə başsağlığı verərək;

Üzv Müşahidəçi dövlətlərin xalqlarına, eləcə digər ölkələrə beynəlxalq təşkilatlara/platformalara zəlzələlərdən daha çox zərər çəkmiş ərazilərə dərhal yardım əlini uzatdıqlarına görə minnətdarlıqlarını bildirərək;

TDT-nin Üzv Müşahidəçi Dövlətlərinin Türkiyədəki dağıdıcı zəlzələlərdən sonra axtarış-xilasetmə qruplarının sürətli şəkildə yerləşdirilməsini təqdir edərək;

Birləşmiş Millətlər Təşkilatı tərəfindən Türkiyə üçün Təcili Zəlzələ Yardımı Çağırışının Türkiyə Suriyaya qlobal dəstəyi səfərbər etmək məqsədilə Avropa İttifaqı () Komissiyası Avropa İttifaqı () Şurasının İsveç sədrliyi tərəfindən birgə təşkil olunacaq Beynəlxalq Donorlar Konfransının elan edilməsini alqışlayaraq;

Axtarış xilasetmə qruplarının sürətli şəkildə yerləşdirilməsinin, habelə fəlakətlərə cavab olaraq humanitar yardımın çevik çatdırılmasının vacibliyini vurğulayaraq;

"Türk Dünyasına Baxış 2040" sənədinə uyğun olaraq TDT regionunda dünyada təbii fəlakətlərin qarşısının alınması, cavab verilməsi aradan qaldırılması üçün ikitərəfli çoxtərəfli əməkdaşlığın koordinasiyanın zəruriliyinə diqqət çəkərək;

2021-ci il tarixli TDT-nin 8-ci Zirvə görüşünün Bəyannaməsinin 51-ci bəndinə uyğun olaraq, TDT-nin Mülki Müdafiə Mexanizminin yaradılması ilə bağlı 21 dekabr 2022-ci ildə Ankarada AFAD-da keçirilmiş TDT-nin Fəlakət Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərinin Görüşünün nəticələrini alqışlayaraq;

TDT-nin 8-ci Zirvə görüşünün Bəyannaməsində təsdiq olunduğu kimi, müvafiq nazirliklərə yaşıl texnologiyalar ağıllı şəhərlər üzrə əməkdaşlıq təşəbbüsü barədə göstəriş vermək qərarını xatırladaraq;

"Türk Dünyasına Baxış 2040" sənədində qeyd olunan baxış məqsədlərin həyata keçirilməsində türk dövlətlərinin əldə etdiyi böyük siyasi, iqtisadi sosial-mədəni tərəqqini yüksək qiymətləndirərək;

Türk dünyasının dəyər maraqlarını təşviq etmək məqsədilə TDT-nin fəaliyyətini dəstəkləməyə sadiq olduqlarını təsdiq edərək;

Türk dünyasının ticarət, nəqliyyat, investisiya, turizm, regional əlaqə strateji insan resurslarının idarə edilməsi sahələrində əməkdaşlığının koordinasiyasının dərinləşdirilməsi gücləndirilməsində TDT-nin daim artan mərkəzi rolunu vurğulayaraq;

Regional beynəlxalq forumlarda əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bütün imkanları nəzərdən keçirməyi üzərinə götürərək;

11 noyabr 2022-ci ildə keçirilmiş TDT-nin transformasiyasında Türk dünyasının gələcək inteqrasiyasında daha bir əlamətdar hadisə olan tarixi Səmərqənd Zirvə görüşünün uğurlu təşkil olunmasına görə Özbəkistan Respublikasının sədrliyini yüksək qiymətləndirərək; Sədrliyin həmrəyliyin gücləndirilməsinə, eləcə TDT Üzv Müşahidəçi Dövlətlərinin xalqlarının sülh, sabitlik, təhlükəsizlik rifahının təmin edilməsinə yönəlmiş fəaliyyətini dəstəkləmək əzmində olduqlarını vurğulayaraq;

Respublikanın yaradılmasının yüzilliyi Türkiyə xarici siyasət xidmətinin əsasının qoyulmasının beş yüzilliyi münasibətilə Türkiyə Respublikasını təbrik edərək;

Novruz bayramı müqəddəs Ramazan bayramı münasibətilə bütün Üzv Müşahidəçi Dövlətlərin xalqlarına rifah firavanlıq arzularını bildirərək;

Bəzi ölkələrdə müsəlmanların müqəddəs dəyərlərinə qarşı son vaxtlar törədilən nifrət cinayətlərindən təşvişə düşərək; bununla əlaqədar olaraq, müxtəlif inanclara mədəniyyətə malik insanlar arasında dinc yanaşı yaşama, dialoq harmoniyanı qorumaq üçün müxtəlif mədəniyyətlər arasında qarşılıqlı hörmətin mühüm əhəmiyyətini vurğulayaraq;

bəyan etdilər ki, onlar:

1. Zəlzələlərdən sonra bərpa yenidənqurma işlərində Türkiyə xalqı Hökuməti ilə həmrəylik ifadə etdilər;

2. Üzv Müşahidəçi Dövlətlər, eləcə dünyanın hər yerindən digər ölkələr beynəlxalq təşkilatlar/platformalar tərəfindən yerləşdirilmiş fövqəladə hallara cavab qrupları tərəfindən fəlakətdən sonra həyata keçirilən fədakar axtarış xilasetmə əməliyyatlarını alqışladılar; aramsız səyləri ilə bir çox insanın həyatını xilas edən dəstələrə minnətdarlıqlarını bildirdilər;

3. TDT- Üzv Müşahidəçi Dövlətlərin milli tibbi xilasetmə qrupları arasında əməkdaşlığı gücləndirməyə birgə potensialın gücləndirilməsi fəaliyyətlərində iştirak etməyə hazır olduqlarını bildirdilər;

4. Zəlzələlərdən zərər çəkmiş şəxslərə zaman ehtiyac duyulduğu təqdirdə, humanitar yardım göstərməyə davam etməyə hazır olduqlarını təkrarladılar;

5. 20 mart 2023- ildə Brüsseldə keçirilməsi nəzərdə tutulan Komissiyası Şurasına İsveç sədrliyi tərəfindən birgə təşkil olunacaq Beynəlxalq Donorlar Konfransında iştirak etmək üçün üzvlərini təşviq etdilər;

6. Baş verə biləcək mümkün fəlakətlər fövqəladə hallar zamanı ehtiyacların səmərəli, əlaqələndirilmiş vaxtında həll edilməsi üçün TDT-nin milli fəlakətlərin idarə edilməsi qurumları arasında əməkdaşlığı gücləndirmək barədə razılığa gəldilər bu xüsusda Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Sazişin Türk Dövlətləri Təşkilatının Qazaxıstan Respublikasının Türkistan şəhərində keçiriləcək 10-cu Zirvə görüşünədək imzalanması üçün aidiyyəti qurumlara tapşırıq verdilər;

7. Qeyd etdilər ki, fəlakətdən sonrakı ehtiyacların qiymətləndirilməsi, təsirə məruz qalmış bölgələrin bərpası yenidən qurulması prosesi ərzində Türkiyəyə dəstəyini davam etdirməkdə beynəlxalq ictimaiyyət üçün yaxşı istinad nöqtəsi olacaq; bu səyləri daha yaxşı bərpa etmək enerji səmərəliliyi prinsipləri əsasında qurmaq istəyini/əzmini alqışladılar; Türk dünyasında daha dayanıqlı, davamlı yaşıl inkişafın vacibliyini vurğuladılar ictimai malların canlandırılmasında ağıllı şəhərlərin xüsusi rolunu tanıdılar;

8. Müşahidəçi Dövlətlərin TDT-nin fəaliyyətlərinə aktiv cəlb olunmasını qiymətləndirdilər ŞKTR-nin TDT-nin Fövqəladə Zirvə görüşündə iştirakını qeyd etdilər;

9. TDT Üzv Dövlətləri arasında ticarət iqtisadi əməkdaşlığı gücləndirmək üçün onların iqtisadi potensialını səfərbər etmək məqsədi daşıyan Türk İnvestisiya Fondunun yaradılması haqqında Sazişin imzalanmasını alqışladılar;

10. Qazaxıstan, Türkmənistan Türkiyədə qarşıdan gələn ümumi prezident seçkilərinin, eləcə Özbəkistanda referendumun uğurla başa çatacağına əmin olduqlarını bir daha təsdiq etdilər;

11. Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğana Türk dünyasının birliyi həmrəyliyinə, eləcə təhlükəsizliyi rifahına verdiyi güclü davamlı töhfələrinə, Türk Dövlətləri Təşkilatının birlik ruhunun gücləndirilməsində möhkəm liderliyinə görə təşəkkürlərini bildirir gələcək seçkilərdə uğurlar arzu edirlər;

12. UNESCO tərəfindən "Dünya Türk Dili Günü" elan edilməsi ilə bağlı tam dəstəklərini bir daha təsdiq etdilər;

13. Bütün müsəlmanları incidən gələcəkdə yeni irqçi, ksenofob islamofob təxribat hücumlara yol aça biləcək müqəddəs kitabımız Qurani-Kərimə qarşı son vaxtlar nifrət zəminində törədilən cinayətləri ən kəskin şəkildə qınadılar;

14. Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı törədilən ölümcül silahlı hücumu pislədilər bütün təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün tez hərtərəfli araşdırmanın aparılmasına çağırış etdilər;

15. TDT Katibliyinin fəaliyyətində əldə edilmiş mühüm nailiyyətləri təqdir etdilər Üzvlər tərəfindən qəbul olunmuş sənədlərdə təyin təsbit edilmiş vəzifələrinin həyata keçirilməsi üçün Katibliyin potensialını daha da gücləndirmək əzmində olduqlarını bir daha vurğuladılar;

16. TDT Üzv dövlətlərin Xarici İşlər nazirliklərinə digər aidiyyəti qurumlara Qazaxıstanda keçiriləcək TDT-nin qarşıdan gələn 10-cu Zirvə görüşünə hazırlıq işlərini sürətləndirmək üçün göstəriş verməyə razılaşdılar;

Qazaxıstan TDT-nin 10-cu Zirvə görüşünə 2023- ilin oktyabr ayında Qazaxıstan Respublikasının Türkistan şəhərində ev sahibliyi etməyə hazır olduğunu bir daha təsdiq etdi.

TDT-nin Dövlət Başçıları Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğana TDT-nin Ankara Fövqəladə Zirvə görüşünün uğurla yekunlaşan müzakirələrinə sədrlik etdiyinə görə dərin təşəkkür bildirir Türkiyə Hökumətinin xalqının səmimi qonaqpərvərliyini yüksək qiymətləndirdilər.

TDT-nin Baş katibinə bu Bəyannamədə nəzərdə tutulan qarşılıqlı fəaliyyəti birgə səyləri əlaqələndirmək tapşırığı verilir.

16 mart 2023- ildə Ankara şəhərində Azərbaycan, qazax, qırğız, türk özbək dillərində imzalanmışdır.

 

 

Azərbaycan Respublikasının Prezidenti           İlham Əliyev

Qazaxıstan Respublikasının Prezidenti            Kasım-Jomart Tokayev

Qırğız Respublikasının Prezidenti                     Sadır Japarov

Türkiyə Respublikasının    Prezidenti                Rəcəb Tayyib Ərdoğan

Özbəkistan Respublikasının Prezidenti             Şavkat Mirziyoyev".