Türk dünyasının mədəniyyət paytaxtı dirçəlir
Türk dünyası

Türk dünyasının mədəniyyət paytaxtı dirçəlir

Vətənə yurda, torpağa sevgi ən müqəddəs ülvi hisslərdir. Bu duyğuların nəticəsidir ki, Müzəffər Ali Baş Komandanın uğurlu siyasəti sarsılmaz Azərbaycan ordusunun igidliyi nəticəsində 30 illik torpaq həsrəti sona çatdı. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən tərəflər arasında atəşkəs elan edildi. Nəhayət, biz qisasımızı döyüş meydanında aldıq. Ordumuzun sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyən Ermənistanın müdafiə səddi qısa zamanda yarıldı. İlk günlərdə bir sıra kəndləri strateji yüksəklikləri işğaldan azad edən Azərbaycan ordusu 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı 8 noyabrda Şuşa şəhərlərini işğaldan azad etdi. Döyüş zamanı ümumilikdə uzun illər işğal altında olmuş 100-lərlə yaşayış məntəqəsi azad edildi. Simvollaşan dillər əzbəri olan "Dəmir yumruq" əməliyyatı uğurla nəticələndi iki sözlə sonlandı - Qarabağ Azərbaycandır!

Bu gün isə tarixi torpaqlarımızda yenidənqurma bərpa işləri davam edir. Artıq minlərlə həmyerlimiz öz dədə-baba torpaqlarına geri qayıdıb. Qarabağda tikilən binalar, açılan muzey təhsil ocaqları, həmçinin digər sosial obyektlər son texnologiyalarla təchiz olunub. Bir çox şəhərlərimizdə demək olar ki, artıq işlər başa çatır. Türk dünyasının mədəniyyət paytaxtı, Azərbaycanın döyünən ürəyi Şuşada isə artıq 2 ildir ki, festivallar, beynəlxalq tədbirlər keçirilir. Əlbəttə, bunun strateji siyasi baxımdan böyük əhəmiyyəti var. Dünya mediasının da maraq dairəsində olan Şuşa gündən-günə gözəlləşir sürətlə dirçəlir. Prezident İlham Əliyevin ürəklərə toxunan, hər kəsi göz yaşlarına boğan həmin sözlər bu gün artıq öz təsdiqini tapır:

"Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"

Ölkə başçımızın da vəd verdiyi kimi, Şuşa bu gün dirçəlməyə davam edir. Bu gün Şuşada strateji əhəmiyyət daşıyan "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı, ADA universitetinin təşkilatçılığı ilə konfrans sair tədbirlərin keçirilməsi gələcək illərdə şəhərin region ətraf ölkələr arasında xüsusi əhəmiyyət daşıyacağının göstəricisidir.

Bu günə qədər Prezident İlham Əliyevin Heydər Əliyev Fondunun dəstəyi ilə Şuşada məscid, dini evlər, muzey, otel Yaradıcılıq Mərkəzi kimi yerlərin açılışı baş tutub. Burada əsas məsələlərdən biri yol infrastrukturudur. Hayastan burada quruculuq işləri görməyib, bununla yanaşı, mövcud olan yolları da məhv edib. Buna əsasən, Əhmədbəyli-Füzuli-Şuşa magistral yolunun inşasına başlanılıb. Beynəlxalq magistral normalarına uyğun tikilən yol Füzuli, Xocavənd, Xocalı Şuşa rayonlarını birləşdirir uzunluğu 81.7 km uzunluğundadır. Yol üzərində 5 viadukun, yəni dərə üzərində körpü, 6 tunel bir əsas körpünün inşası başa çatıb. Viadukların tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib. Magistral yolun tikintisinin 2024- ildə tamamlanması nəzərdə tutulub. Hazırda bir çox işçi qrupu orada müvəqqəti olaraq yaşayır. Buna əsasən, lazımi su imkanları ilə bağlı işlər davam edir. Torpaqlarımızı işğaldan azad etdikdən dərhal sonra Şuşa ərazisində əsas su mənbələri magistral su xətləri araşdırılıb, lakin bu zaman həmin xətlərə erməni vandalları tərəfindən qəsdən xələl yetirildiyi ortaya çıxıb. Ölkə başçımızın göstərişi ilə təcili bölgəyə su xətti çəkilib 2020-ci il noyabrın 25- şəhərə suyun bərpası təmin olunub. 2040- ilə qədər 24 kilometr magistral su kəməri, 44 kilometr içməli, 42 kilometr tullantı 41 kilometr yağış su şəbəkələri inşa olunacaq.

Hazırda Şuşada bir sıra küçələrin, qeyri-yaşayış yaşayış tikililərinin, Mehmandarovların malikanə kompleksinin, həmçinin Atatürk, Heydər Əliyev 8 Noyabr küçələrinin, Milli Xalça Muzeyinin, Otel-Konqres Mərkəzi Kompleksinin, Saatlı Yuxarı Gövhər Ağa məscidlərinin açılışı olub.

Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən 2022-ci ildən aparılan bərpa işləri nəticəsində Yaradıcılıq Mərkəzi ilkin vəziyyətinə qaytarılıb. Yubiley münasibətilə mərkəzdə "Heydər Əliyev Qarabağ" sərgisi keçirilib. Sərgidə Ulu Öndər Heydər Əliyevin Qarabağda sosial, iqtisadi, siyasi mədəni inkişaf istiqamətindəki xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər videomateriallar, həmçinin Ulu Öndərin Qarabağa səfərlərinə, burada keçirdiyi görüşlərə, müxtəlif tədbirlərə aid fotolar yer alıb. Şübhəsiz ki, Qarabağ onun döyünən ürəyi Şuşa tez bir zamanda dirçələcək.

Töhfə SƏMƏDOVA,

"Respublika".