Türkiyə-Azərbaycan qardaşlıq körpüsü
Türk dünyası

Türkiyə-Azərbaycan qardaşlıq körpüsü

Ulu öndər Heydər Əliyev müasir dünya tarixinə, parlaq silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin çoxşaxəli irsi, tükənməz bir məktəbdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazandığı mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq.

Müasir Azərbaycan dövlətçiliyinin qurucusu, Azərbaycan xalqının milli lideri Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti Azərbaycanla məhdudlaşmayıb, bütövlükdə türk dünyasını əhatə edir. Böyük tarixi şəxsiyyətin türk dünyası ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar, söylədiyi mülahizələr elmi-nəzəri mükəmməlliyi ilə yanaşı, praktik perspektivliliyilə böyük tarixi əhəmiyyətə malikdir. Türk birliyinin möhkəmlənib inkişaf etməsində Türkiyənin rolunu həmişə yüksək qiymətləndirən Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olaraq Türkiyəyə üç rəsmi, iki qeyri-rəsmi, on beş işgüzar səfər etməsi ümummilli liderin xarici siyasət konsepsiyasında Türkiyəyə verdiyi əhəmiyyətin iki qardaş ölkə arasındakı strateji birliyin ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1997-ci ildə Türkiyənin "Dövlət Nişanı", 1999-cu ildə isə Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülməsi, dəfələrlə Türkiyənin müxtəlif media qurumları tərəfindən "İlin adamı" seçilməsi, bu ölkənin bir çox universitetlərinin Fəxri doktoru seçilməsi Azərbaycan - Türkiyə münasibətlərinin inkişafındakı xidmətlərinin göstəricisidir.

Dövlətçilik tariximizə qızıl hərflərlə həkk olunan bəzi məqamlara nəzər salaq: Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında əlaqələrin əsası 1992-ci ilin martında qoyulub. Ulu öndər Heydər Əliyevin 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə səfəri çərçivəsində "Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu" imzalanıb, Naxçıvanla Türkiyə Cümhuriyyəti arasında gediş-gəlişi təmin etmək məqsədilə Sədərək-Dilucu körpüsünün tikintisinə başlanılıb. Həmin il mayın 28- iki ölkə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf simvolu hesab olunan Sədərək-Dilucu körpüsü istifadəyə verilib. Dahi şəxsiyyət ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycan-Türkiyə əlaqələri bütün istiqamətlərdə sürətlə inkişaf edib. Ulu öndər Heydər Əliyev deyirdi: "Türkiyə Azərbaycan xalqlarının tarixi birliyi sarsılmaz dostluğu bizim ən böyük sərvətimizdir. Belə bir möhkəm təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimizdə bir-birimizə inam etibarımız, qarşılıqlı dəstəyimiz böyük məmnunluq doğurur".

1993- ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsilə Azərbaycan Türkiyə arasındakı münasibət yeni bir mərhələyə qədəm qoymuş, ulu öndərin təşəbbüsü ilə ölkəmiz 1993- ildə TÜRKSOY-a qatılmışdır. Azərbaycan Respublikasının qurucusu Heydər Əliyev dövründə ikitərəfli münasibətlər kəskin şəkildə yüksəldi. Türkiyəli adamları Bakıya gəlib Azərbaycan iqtisadiyyatına sərmayə qoymağa başladılar. Bununla bərabər, azərbaycanlı alimlərin, musiqiçilərin, həkimlərin Türkiyəyə sürətli axını başladı.

Türkiyə Azərbaycan xalqları daim bir-birinin yanında olmuşlar. Hər iki dövlətin müstəqillik tarixi ağır qanlı müharibələrdən keçib. Dövlətlərimizin qurucuları - ümummilli lider Heydər Əliyevin Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi, məxsus olduqları xalqı dövləti yaşadıb, bu gün yaşadır. Ümummilli liderimiz Heydər Əliyevin "Türkiyə Azərbaycan bir millət, iki dövlətdir", Mustafa Kamal Atatürkün isə "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əməkdaşlığı Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün ölkələrimiz regionda beynəlxalq aləmdə baş verən bütün hadisə proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP TAP kimi böyük layihələr Azərbaycan Türkiyənin dünyada söz sahibi olmasına imkan yaradıb. Qardaş Türkiyə Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin ədalətli mövqeyini müdafiə edib, Azərbaycan da öz növbəsində Türkiyənin üzləşdiyi problemlərin həllində dəstəyini əsirgəmir. Prezident İlham Əliyevin dediyi kimi: "Azərbaycan ilə Türkiyəni dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan, xalqlarımızın iradəsinə uyğun olaraq sarsılmaz dostluq qardaşlıq münasibətləri birləşdirir. Bu möhkəm təməllər üzərində qurulmuş qarşılıqlı inam, etimad dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqliyin strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlmişdir".

Azərbaycanın ümummilli liderinin türk dünyasının qarşılıqlı əlaqələrinin yüksəlişi strategiyası bu gün uğurla davam etdirilməkdədir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məhz ənənələrə sadiq qalaraq səmimi dostluq qardaşlıq münasibətlərini qorumaqla iki qardaş ölkə arasında əlaqələri müttəfiqlik zirvəsinə yüksəltdilər. Ölkələrimiz regionda beynəlxalq aləmdə baş verən bütün hadisə proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. 44 günlük Vətən müharibəsində Türkiyənin göstərdiyi siyasi dəstək Azərbaycanın haqq işinin qazanılmasında böyük rol oynadı. Vətən müharibəsi zamanı həm dövlət, həm millət səviyyəsində ən güclü dəstəyi Türkiyədən aldıq. Ordumuzun əldə etdiyi qələbə qardaş Türkiyədə coşqu ilə qarşılandı, hər yerdə - küçələrdə, binalarda, maşınlarda müxtəlif tədbirlərdə Türkiyə bayrağı ilə yanaşı, Azərbaycan bayrağı da dalğalandı. Prezident İlham Əliyevin dediyi kimi: "Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə, bəlkə ən yüksək səviyyədədir". Müharibənin ilk günündən Azərbaycanın tək olmadığını, Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən dost, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Ordusunun qələbəsinin dünyaya təqdimatı olan Zəfər paradında da Azərbaycanı tək qoymadı, birlik, həmrəylik nümayiş etdirərək bu fikri böyük inam qətiyyətlə səsləndirdi: "Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir. Allah köməyimiz olsun!".

Azərbaycanın təkidli tələbi ilə Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması Azərbaycan-Türkiyə qardaşlığının daha bir təzahürüdür. Azərbaycan-Türkiyə tərəfdaşlığı sarsılmaz dostluğu bu yeni reallıqların bütün dünya tərəfindən qəbul edilməsində önəmli rol oynadı.

2021-ci il iyun ayının 15- Şuşada Azərbaycan Türkiyə prezidentləri, 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarını bildirərək "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzaladılar. Şuşa Bəyannaməsi ilə iki dövlət arasındakı əlaqələr rəsmən müttəfiqlik səviyyəsinə qaldırıldı. 26 oktyabr 2021-ci il tarixində isə Prezident İlham Əliyev qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli rayonunda yerləşən Beynəlxalq Hava Limanının açılışını etdilər. Bu hadisəni daha da əlamətdar edən R.T.Ərdoğanın səfərinin birbaşa Qarabağdan başlanması, Füzuli Beynəlxalq Hava Limanına eniş etməsi idi. Bu, 2020-ci il 10 dekabr tarixli Zəfər Paradından 2021-ci il 15 iyun tarixli Şuşa Bəyannaməsinin imzalanmasından sonra Türkiyə Prezidentinin Azərbaycanda qatıldığı üçüncü, Qarabağda isə ikinci möhtəşəm tədbir idi. Səfər çərçivəsində Qarabağda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun da (Zəngəzur dəhlizi) təməli qoyuldu.

Bütün bunlar onu göstərir ki, Azərbaycan-Türkiyə dostluğu qardaşlığı gündən-günə möhkəmlənir. İki qardaş ölkə istər ağır, istərsə xoş günlərdə daim bir-birinin yanındadır. Türkiyədə baş verən meşə yanğınlarında fevral ayında əsrin faciəsi adlandırılan zəlzələdə ilk yardıma çatan ölkə Azərbaycan oldu. Zəlzələnin ilk anından Azərbaycan dövləti ilə yanaşı, aidiyyəti qurumların, eləcə ictimai təşkilatların sıravi insanların yardım kampaniyalarına fəal şəkildə qoşulması, bütövlükdə Azərbaycanın Türkiyə ilə bağlı həssaslığını, xalqımızın qardaşlıq bağlarının qədər güclü olduğunu göstərdi. Son baş verən hadisələr bir daha təsdiqlədi ki, iki qardaş ölkə arasındakı qırılmaz əlaqələr daha möhkəm sarsılmazdır.

Azərbaycan Türkiyə, Türkiyə isə Azərbaycana bağlı dövlətdir. Nüfuzlu beynəlxalq qurumların tədbirlərində iki qardaş ölkənin nümayəndələrinin bir-birilərinə dəstək vermələri, mövqelərini müdafiə etmələri təqdirəlayiqdir. Bütün bunlar bir daha təsdiqləyir ki, Türkiyə-Azərbaycan "bir millət, iki dövlətdir".

Nəticə olaraq qeyd edilməlidir ki, ulu öndər Heydər Əliyevin "Azərbaycan Türkiyə bir millət, iki dövlətdir" tarixi formulu zamanın çətin sınaqlarından keçərək öz doğruluğunu, həyatiliyini, zəruriliyini, gərəkliliyini, perspektivliliyini nümayiş etdirməklə etnik kökləri, dili, adət-ənənələri bir olan xalqlarımızın birliyinin birlikdə inkişaf tərəqqisinin təməl daşıdır. Ulu öndərin hər zaman vurğuladığı kimi, Azərbaycan - Türkiyə dostluğu qardaşlığı sarsılmazdır, əbədidir xalqlarımızın qarşılıqlı inkişaf tərəqqisinin hərəkətverici qüvvəsidir.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.